Mətin İmdad oğlu Kərimli () — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri (2023–h.h.); Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin direktoru, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin sabiq müavini.

Həyatı Mətin İmdad oğlu Kərimli 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib. 2000–2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib. 2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb.

1998–1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003–2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 2005–2008-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008–2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009–2011-ci illərdə Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi vəzifələrində çalışıb.

2012-ci ilin iyun ayından 24 fevral 2014-cü ilə qədər isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində işləmişdir.

24 fevral 2014-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini təyin olunub.

2020-ci ilin yanvar ayından etibarən Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktorudur. Mətin Kərimli BƏT sistemində belə yüksək vəzifədə işləyəcək ilk Azərbaycan vətəndaşıdır.

24 may 2023-cü il tarixdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilmişdir.

İngilis, fransız, rus və ispan dillərini bilir.

Evlidir, 3 övladı var.

Həmçinin bax Mətin Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimovun qardaşıdır.

İstinadlar

Xarici keçidlər

“Elm və Təhsil Nazirliyi bir sıra icra funksiyalarını Agentliklərə ötürəcək” - Mətin Kərimli

Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri