() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir.

Botaniki xarakteristikası Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir. Toxumla və vegetativ yolla çoxalır. Aşağı dağ qurşağında gilli-daşlı yamaclarda bitir.

Yayılması Naxçıvan MR-in Ordubad rayonunda (Dəstə, Kotam kəndləri) yayılmışdır. Azərbaycanda təbii ehtiyatı azdır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq antropogen faktordur.

Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə olunur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax