M H C (major histocompability complex — əsas histouyğunlaşma kompleksi) — molekullarının 2 sinfi mövcuddur. MHC molekullarının birinci sinfi orqanizmin bütün nüvəli hüceyrələrinin, ikinci sinfi isə əsasən immun hüceyrələrinin səthlərində yerləşirlər. Hər 2 tip molekullar superimmunoqlobulinlər fəsiləsinə aiddirlər. Birinci sinif MHC molekullar 3 domenli bir polipeptid zəncirindən və ona qeyri kovalent birləşmiş β2 mikroqlobulin molekulundan təşkil olunmuşdur . Onların antigen fraqmentləri ilə əmələ gətirdikləri kompleks T — sitotoksik hüceyrələri tərəfindən tanınır. İkinci sinif MHC molekulları isə bir biri ilə q.kovalent rabitələrlə birləşmiş iki heteropolipeptid zəncirlərdən ibarətdirlər və antigen fraqmentini T helperlərə təqdim edirlər. Antigenin tanınması isə qazanılmış immunitetin ən vacib mərhələsidir. Yalnız bundan sonra limfositlərin klonları activləşib immunoloji cavab reaksiyaları yarada bilirlər.

İstinadlar

Kateqoriya:İmmun sistemi