Sergey Valeryeviş Aksyonov (, ) — Krım Muxtar Respublikasının Nazirlər Şurasının Sədri.
Həyatı 26 noyabr 1972-ci ildə Moldova SSR-in Belsı şəhərində anadan olub.
1993-cü ildə Simferopol Ali Hərbi-Siyasi İnşaat Məktəbini bitirib.
1993–1998-ci illərdə "Ellada" kooperativi direktorunun müavini işləyib, biznesini ərzaq mallarının satışı üzərində qurub.
1998-ci ilin oktyabr ayından 2001-ci ilin mart ayına qədər "Asteriks" ASC-nin direktor müavinidir.
2001-ci ildən 2014-cü ilin fevralına qədər "Eskada" firması" ASC-nin direktor müavini.
2008-ci ildən Krım rus icmasının üzvü, "Krım Vətəndaş Aktivi" ictimai təşkilatının üzvü.
2009-cu ilsən "Krım Vətəndaş Aktivi"nin idarə heyətinin üzvü, "Krımda rus birliyi uğrunda !" koordinasiya şurasının həmsədri, "Rus birliyi" Ümumkrım ictimai-siyasi hərəkatının lideri.
2010-cu ildən seçkilərdə 4 % səs toplamış "Rus birliyi"ndən Krım Muxtar Respublikasının Ali Radasının deputatı..
27 fevral 2014-cü ildə Krım Muxtar Respublikasının Nazirlər Şurasının Sədri seçilir. Ukraynanın müvəqqəti hakimiyyəti təyinatı tanımadı
İstinadlar
Xarici keçidlər Krım Muxtar Respublikasının saytı
Kateqoriya:Ukrayna siyasətçiləri Kateqoriya:Rus milliyyətçiləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:ABŞ Xəzinədarlıq Departamenti tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları