"Dağ novellası" () — rejissorlar İzmail Burnasev və İles Tatayevin filmi.

Məzmun

Film çeçen ucqar dağ kəndinin həyatından bəhs edir. Baş qəhrəman gənc müəllim Svetlana Smirnova yerli məktəbdə işləmək üçün buraya gəlir. Bu gəlişdən sonra kənddə onunla bağlı bir çox hadisələr baş verir...

Film haqqında

Filmin istehsal olunduğu il bəzi mənbələrdə 1978-ci il kimi də göstərilir. Film kinorejissor İles Tatayevin bədii kinoda debütü hesab olunur. Film 1979-cu ildə Bakıda keçirilən 8-ci Ümumittifaq televiziya filmləri festivalında münsiflər heyətinin mükafatına layiq görülmüşdür.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifləri : İles Tatayev, Səid Çaxkiyev Quruluşçu rejissorlar : İzmail Burnasev, İles Tatayev Quruluşçu operator : Valeri Lyanov Quruluşçu rəssam : T. Basiyev Səs operatoru : N. Kropotov İkinci rejissorlar : X. Xidayev, L. Dzuqutova İkinci operator : K. Bekuzarov Montaj edən : T. Kyaxidi Qrim : V. Platonov İnzibatçı : X. Tatayev Rejissor assistentləri : R. Lyanov, V. Susiyev, Z. Kasayeva Operator assistentləri : K. Çexoyev, A. Şmoylov Səs operatorunun assistentləri : Q. David, T. Albeqova Redaktor : İ. Pritula Filmin direktorları : V. Abayev, L. Xasiyev

Rollarda

Aktyor Rol L. Çeremnıx Svetlana Smirnova Rasim Balayev Bəyxan Daqun Omayev Anzor Tamara Yandiyeva Zara Mütalib Dövlətmirzəyev məktəb direktoru Berta İkayeva Jovzan Nikolay Salamov Sado Konstantin Slanov Loməli Müslüm Tulayev Vaxa Fatimə Tatayeva Sasita Mussa Axriyev İsa Tamara Əliyeva Daqmara Əlvi Deniyev Əhməd

İstinadlar

Mənbə

Горская новелла. Кино-Театр.ru Горская новелла kinopoisk.ru Татаев Илес Вахидович — Биография "ЗОЛОТОЙ ФОНД" СЕВЕРО-КАВКАЗСКОГО КИНЕМАТОГРАФА В ДАР ЧЕЧЕНСКОЙ РЕСПУБЛИКЕ

Xarici keçidlər

Горская новелла Художественный фильм — Горская Новелла Горская новелла Художественный фильм "Горская новелла". Смотреть

Kateqoriya:SSRİ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:1979-cu ilin filmləri