Sıma üsulları (metodları) () — E.ə. IV əsrdə Tsi çarlığı dövründə yaranmış hərbi nəzəriyyə. Çinin yeddi klassik hərbi traktatlarından biri. Traktat Çin hökmdarı Tszin-qunun ordu sərkərdəsi olmuş, Sıma Jantszyuyun () nəslinin hərbi ənənəsindən irəli gəldiyindən onun şərəfinə adlandırılmışdır. Tərkibi Xan sülaləsi dövründə traktat 155 fəsildən ibarət olduğu halda günümüzə cəmi onun 5 fəsli gəlib çatmışdır: İnsani əsaslar () Səma Oğlunun vəzifələri () Sıraların müəyyənləşdirilməsi () Dəqiq mövqelər () Qoşundan istifadə ()
Traktatda ordu quruculuğu, onun idarə edilməsi və nizam-intizamı məsələlərindən bəhs edilir. Traktata əsasən müharidələr hakimiyyətlərin qorunması üçün labüddürlər. Müharibəni aparmaqda məqsəd şəri məhv və insanlara yardım etməkdir. Traktat düşmən dövlətin mülki əhalisinə, eyni zamanda yaralı düşmənə qarşı humanist, insani davranmağı tövsiyə edir. Traktatda əsas diqqət peşəkar və psixoloji hazırlığa, ordunun yeniləşməsinə və səfərbərliyə verilir. İnzibati tədbirlərin - nizam-intizam üçün cəzalandırmaq və həvəsləndirmək üçün isə mükafatlandırmanın vacibliyi qeyd olunur. Traktatda eyni zamanda, daha effektli taktikaların seçilməsi haqqında qısa məlumatlar verilmişdir. Mənbə У-цзин. Семь военных канонов Древнего Китая. — СПб.: Евразия, 1998. — ISBN 5-8071-0003-4 Xarici keçidlər Full text of the Simafa (Chinese)
Kateqoriya:Strategiya Kateqoriya:Çin ədəbiyyatı