Yanuş Ziqmund Kaminski (; 27 iyun 1959, Zembise, Polşa) — ABŞ və Polşa kinooperatoru və rejissoru, Stiven Spilberq "Şindlerin siyahısı" filmindən başlayaraq, bütün filmlərində onunla işləyir.

Həyatı və yaradıcılığı

Yanuş Kaminski Polşanın Zembise şəhərində anadan olmuşdur. Onun valideynləri Yadviqa Selner və Marian Kaminski olmuşdur. 1981-ci ildə 21 yaşında olarkən, baş nazir Voyçex Yaruzelskinin Polşada hərbi vəziyyət elan etməsi ilə əlaqədar ABŞ-yə mühacirət etmişdir.

1982-1987-ci illərdə Çikaqodakı Kolumbiya Kollecində kino istehsalı sahəsi üzrə təhsil almışdır. Daha sonra isə təhsilini AFI Konservatoriyasında (Amerika Film İnstitutu) davam etdirmiş və təsviri incəsənət üzrə ustad dərəcəsi almışdır. O, kinematoqrafiya institutunda gələcəkdə ən yaxşı operator işinə görə "Oskar" mükafatı əldə edəcək Uolli Pfisterlə tanış olur. Bu operator hazırda Kristofer Nolanla birlikdə çəkdiyi "Betmen: Başlanğıc" və "Qara cəngavər" filmlərilə məşhurdur.

Şəxsi həyatı

Kaminski 1995-2001-ci illərdə aktrisa Holli Hanterlə ailəli olmuşdu. 2004-cü ildə isə ABC reportyoru Rebekka Renklinlə ailə qurdu.

Mükafatları

Kaminski 90-cı illərdə iki dəfə Kinoakademiyanın ən yaxşı operator işinə görə mükafatını () əldə etmişdir. O, bu nüfuzlu mükafata "Şindlerin siyahısı" və "Sıravi Rayanı xilas etməli" filmlərinə görə layiq görülmüşdü.

2008-ci ildə "Skafandr və kəpənək" filminə görə "Azad nəfəs" () mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

İl Azərbaycanca adı Orijinal adı Filmdə iştirakı1990 Preriyanın tutqun nağılları operator1990 Yağışda qətl operator1990 Daxili qorxu 2 operator1991 Yabanı gül operator1991 Buz kimi soyuq operator1991 Piratlar operator1992 Qatilin instinkti operator1992 Med Doq Kul operator1993 Şindlerin siyahısı operator1993 61-ci ilin buraxılış sinfi operator1993 Hek Finnin macəraları operator1993 Qarşıda yalnız xoşagəlməzliklərdir operator1994 Balaca nəhənglər operator1995 Amerika yorğanını necə düzəltməli? operator1995 Uca nağıl operator1996 Cerri Maquayer operator1997 Yura dövrünün parkı: İtirilmiş dünya operator1997 Amistad operator1998 Sıravi Rayanı xilas etməli operator2000 İtirilmiş qəlblər rejissor2001 Süni zəka operator2002 Kiçik məruzə operator2002 Bacarırsansa tut məni operator2004 Yöndəmsiz qız operator2004 Terminal operator2005 Dünyaların müharibəsi operator2005 Münhen operator2007 Hanya rejissoroperator2007 Skafandr və kəpənək operator2008 İndiana Cons və Büllur Kəllə Krallığı operator2009 Gülməli adamlar operator2010 Necə bilmək olar? operator2011 Tintinin macəraları operator2011 Amerika xəyalı rejissor2011 Müharibə atı operator2012 Linkoln operator2014 Hakim operator2015 Casus körpüsü operator2016 Böyük və mehriban nəhəng operator2018 Birinci oyunçu hazırlaşsın operator

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Polşa kinooperatorları Kateqoriya:ABŞ kinooperatorları Kateqoriya:Polşa kinorejissorları Kateqoriya:Polşa prodüserləri Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:Polşadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Polşanın "Xidmətlərə görə" ordeninin komandorları