Gəncəli xan Zig (?- 1624/1625) — Səfəvilər dövlətində hərbi və siyasi xadim; Şah I Abbasın sadiq xidmətçilərindən biri kimi tanınmış, Səfəvi dövlətinin müxtəlif vilayətlərində bəylərbəyi vəzifəsində çalışmışdır. Gəncəli xan, ölümünə qədər – 1624/1625-ci ilə qədər – şahın demək olar ki, bütün hərbi yürüşlərində onun yanında olmuşdur. O, həm də görkəmli memar və inşaatçı kimi şöhrət qazanmış, Gəncəli Xan Kompleksi onun ən məşhur tikinti layihələrindən biri sayılır.

Həyatı Gəncəli xan mənşəcə Qərbi İranda yaşayan kürd tayfalarından birinə mənsub idi. Uşaqlıq yaşlarında Xorasanın Herat şəhərinə aparılmış və burada şahzadə Abbasla birlikdə böyümüşdür. Onlar arasında dərin dostluq yaranmış və bu münasibət Abbas 1587-ci ildə taxta çıxandan sonra da davam etmişdir.

1596-cı ildə I Şah Abbas Kirman vilayətində qiyamı yatırdıqdan və Qızılbaş valiliyinə son qoyduqdan sonra Gəncəli xanı həmin vilayətin hakimi təyin etmişdir.Qızılbaşlar tarixi. Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir. Bakıː Azərbaycan nəşriyyatı, 1993, 48 s. Bu barədə anonim "Qızılbaşlar tarixi" əsərində belə qeyd olunurː

Bundan başqa, o, Sistana da hakim təyin olunmuş, az sonra isə özbəklərin əlində olan Fəth və Taraqun qalalarını ələ keçirmişdir. 1602/1603-cü illərdə Gəncəli xan Səfəvi ordusunun Buxaranı (Özbək xanlığının mərkəzi) ələ keçirmək üçün apardığı yürüşdə iştirak etmiş,Newman, Andrew J. (2008). Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. s. 184. eləcə də 1603–1618-ci illər Osmanlı–Səfəvi müharibəsində mühüm rol oynamışdır.Parizi, Mohammad-Ebrahim Bastani (2000). "GANJ-ʿALĪ KHAN". Encyclopaedia Iranica , Vol. X, Fasc. 3. pp. 284–285.

1600-cü illərin ortalarında Kirmanın zərdüşti icması yerli din xadimlərinin təzyiqlərinə etiraz etmiş, həmçinin Gəncəli xanı tikinti işləri üçün onların evlərini zorla sökməkdə ittiham etmişdi. Məsələni araşdırmaq üçün 1606-cı ildə Şah Abbas şəxsən Kirmana gəlmiş, istintaq nəticəsində Gəncəli xanın təqsirsiz olduğu aydınlaşmışdır. Bundan sonra şah İsfahana qayıdaraq zərdüştilərin müdafiəsini təmin edən fərman vermişdir.Matthee, Rudi (2014). "KERMAN vii. In the Safavid Period". Encyclopaedia Iranica .

1611-ci ildə Bəlucistanda baş verən üsyanı da Gəncəli xan yatırmış, üsyançıların əsas istehkamını ələ keçirmişdir. Beş il sonra o, yenidən Osmanlılara qarşı yürüşlərdə iştirak etmiş və Gürcüstanın işğalı zamanı fərqlənmişdir. 1622-ci ildə Qəndəharın Səfəvilər tərəfindən fəthindən sonra Gəncəli xan həmin şəhərin hakimi təyin edilmişdir. O, 1624/1625-ci illərdə vəfat etmiş, onun yerinə oğlu Əli Mərdan xan Qəndəharın, Tahmasibqulu xan isə Kirmanın hakimi olmuşdur.

Quruculuq fəaliyyəti Gəncəli xan əsasən tikinti və abadlıq işləri ilə yadda qalmışdır. Onun inşa etdirdiyi Zeynəddin karvansarayı (Yəzd şəhərində) və Lut səhrasındakı su anbarı memarlıq baxımından mühüm abidələrdir.

Onun ən çox tanınmış əsəri isə Kirman şəhərində yerləşən Gəncəli Xan Kompleksidir. Bu memarlıq ansamblı İran memarlığının və Səfəvi dövrü şəhərsalma sənətinin parlaq nümunəsi hesab olunur.

Ailəsi Gəncəli xanın Əlimərdan xan adlı oğlu vardı.

İstinadlar

Həmçinin bax Kirman bəylərbəyliyi Gəncəli xan kompleksi

Kateqoriya:Hərbi liderlər Kateqoriya:Səfəvi bəylərbəyləri Kateqoriya:Səfəvi sərkərdələri