Norbert Viner (; ) — ABŞ riyaziyyatçısı, kibernetikanın əsas müddəalarını qısa və dürüst ifadə etmişdir. "Kibernetika" əsərinin müəllifidir. Riyazi analiz və ehtimal nəzəriyyəsi sahələrində də çalışmışdır.

Həyatı Norbert Viner 26 noyabr 1894-cü ildə Kolumbiya şəhərində anadan olmuşdur. Atası poliqlot, slavist, ədəbiyyat bilicisi, tərcüməçi idi. Viner kiçik yaşlarından qədim dilləri, təbiət elmlərini öyrənir, çox mütaliə edirdi. O, fövqəladə istedada malik idi: orta məktəbi 11, ali məktəbi isə 14 yaşında bitirmişdi (onda elmlər bakalavrı dərəcəsini almışdı). 17 yaşında incəsənət magstri olmuş, 18 yaşında isə riyazi məntiq sahəsində fəlsəfə doktoru adını almışdır. Harvard universitetinin təqaüdünü alan Viner Kembric və Gyottingen universitetlərdinə təcrübə keçirdi. o, Bertran Rassel, Qodfri Hardi, Edmund Landau, David Hilbert və başqa tanınmış riyaziyyatçılar ilə tanış idi.

Həmçinin bax Lütfi Zadə Entoni Staford Bir İstinadlar

Ədəbiyyat "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.612 "Uşaqlar üçün ensiklopediya. İnformatika.", Bakı, "Şərq-Qərb", 2008, səh.67

Kateqoriya:ABŞ riyaziyyatçıları Kateqoriya:ABŞ filosofları Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:Fəlsəfə elmləri doktorları Kateqoriya:Kolumbiyada doğulanlar (Missuri) Kateqoriya:Stokholmda vəfat edənlər Kateqoriya:Kornell Universitetinin məzunları Kateqoriya:Tafts Universitetinin məzunları Kateqoriya:Süni intellekt tədqiqatçıları Kateqoriya:XX əsr riyaziyyatçıları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Harvard Universitetinin müəllimləri