thumb|280px|Şahzadə Sofiyanın fransız dilindən xətt çalışması thumb|280px|Yekaterinna və III Pyotr II Yekaterina, Böyük Yekaterina (; ) 9 iyul 1762-ci ildən Rusiya imperiyasının uzurpator imperatriçəsi,Im zeitgenössischen Sprachgebrauch wie auch im Ausland blieb es bis 1917 üblich, weiter vom Zaren zu sprechen; dies hat sich im Bewusstsein der Nachwelt erhalten. Was man damit traf, war nicht der geltende Würdeanspruch des Kaiserreichs, sondern das Fortleben der spezifisch russischen Wirklichkeit in Form des Moskauer Zarenreiches, das als Grundlage des neuen Imperiums diente. Dies führte im 19. Jahrhundert zu einer nicht quellengerechten Begriffssprache in der Literatur und zu einem überkommenen Begriffsapparat in der deutschen Literatur. In: Hans-Joachim Torke: Die russischen Zaren, 1547–1917, S. 8; Hans-Joachim Torke: Die staatsbedingte Gesellschaft im Moskauer Reich, Leiden 1974, S. 2; Reinhard Wittram: Das russische Imperium und sein Gestaltwandel, in: Historische Zeitschrift Bd. 187, Heft 3 (Juni 1959), S. 568–593, hier S. 569. Şlezviq-Holştayn-Qottorf hersoginası. 1793-cü ildən Yever hakimi. "Böyük" adını tarixə yazdırmış ilk qadın imperatriça.

Həyatı II Yekaterina Şetsində, 1729-cu ildə Anhalt-Çerbst şahzadə Sofiya Avqust Friderik kimi, Ştettində doğulmuşdur. O, Prusiya imperiyasına aid Anhalt-Çerbstin knyazı Xristiyan Avqustun qızıdır.

Hersoq Xristiyan Avqust von Anhalt-Çerbest bir oqədər də zəngin olmadığından, Yekaterina evdə təhsil almışdır. O, ingilis, fransız və italyan dillərinə, rəqs, musiqi, tarix, coğrafiya, ilahiyyat üzrə biliklərə yiyələnir. Yekaterina uşaqlıqda şıltaq, ərköyün, həyasızcasına hər şeylə maraqlanan, nadinc, oğlanlar qarşısında özünü öyən qız olmuşdur. Anası onu uşaqlıqda Fiqxen ( — Frederica adının əzizləyici forması) deyə çağırardı.

1743-cü ildə Rusiya imprateriçəsi Yelizaveta Petrovna xələfi böyük knyaz Pyotr Fyodoroviç üçün evlənmək üçün qız axtararkən, anasının ölüm ayağında onu Yohanna Yelizaveta von Şlezviq-Holştayn-Qottorfun qardaşına ərə verəcəyi vəsiyyətini yadına salaraq, Frideriki münasib bilir. Belə ki, Yelizaveta Petrovna hələ qabaqlar onun dayısının İsveç taxtına layiq görmüşdürА. Широкорад. Северные войны России. АСТ, 2001. Стр. 284. Yelizaveta Petrovna tərəfindən Friderikin anası ilə sıx yazışmalar və şəkil mübadiləsi də olmuşdur. Friderik Pyotr Fyodoroviçi ilk dəfə 1739-cu ildə Oytin qəsrində görmüş olur. 1744-cü ildə Friderik öz anası ilə, III Pyotr ilə nikahlanmaq üçün Rusiyaya gəlmək üçün dəvət alırlar. Rusiyaya gəldikdən sonra russ dilini və tarixini, ənənələrini, provaslav dinini öyrənməyə başlayır. Onun müəllimləri arasında arxiyepiskop Simon Todorski ona provaslav dinini təbliğ etmiş, riyaziyyatçı rus filoloqu Adadurov Vasili Yevdakimoviç ona rus dilinin qrammatikasını öyrətmiş, baletmeyster Lanqe ona rəqs etməyi öyrətmişdir. Tez bir zamanda rus dilini öyrənmək üçün şaxtalı havada gecələr aşıq pəncərə önündə belə məşğul olaraq böyük səylər göstərir. Bunun nəticəsi olaraq ağciyərlərin sətəlcəminə tutulur. Səhhəti o dərəcədə pisləşir ki, anası lüteran keşiş çağırtdırır. Lakin Sofiya ondan imtina edərək, Simon Todorskinin təkid edir. Bu hərəkəti onun rus cəmiyyətində nüfuzunu daha da artırır. Rəsmi olaraq Sofiya Frederika Avqusta 28 iyun (9 iyul), 1744-cü ildə lüteranlıqdan provaslav məzhəbinə keçərək, Yekaterina Alekseyevna adı ilə vəftiz edilir. Sonrakı gün isə gələcək imperator III Pyotr ilə nişanlanmış olur.

Bu hadisələrdən sonra siyasi intriqalar baş qaldırır. Sofiyanın anası Prusiya kralı II Fridrixin pərəstişkarı olduğundan, vəziyyətdən rus imperatriçası Yelizaveta Petrovnaya təsir etmək üçün istifadə edərək Rusiyanın xarıcı siyasət kursunu dəyişdirməyə səylər göstərir. Bunun üçün o, antiprusiya siyasəti yeritdiyinə görə kansler Bestujev-Ryumin Aleksey Petroviçi vəzifəsindən uzaqlaşdırmağı nəzərdə tutur. Məsələnin üstü Sofiyanın anasının I Fridirixə göndərdiyi məktub ələ keçdikdən sonra açılır. "Prusiya xəfiyyəsi"nə qarşı dərhal münasibət dəyişirБильбасов В. А. История Екатерины Второй. Берлин, 1900, т 1, с. 117–118. Lakin Sofiya bundan xəbərsiz olduğuna görə ona qarşı münasibət dəyişməz olaraq qalmış olur.

Böyük knyaz ilə nikah 1 sentyabr (21 avqust) 1745-ci ildə on altı yaşında Yekaterina 17 yaşına qədəm qoymuş Pyotr Feodoroviçlə təntənəli şəkildə nikaha daxil olur. Evliliyin ilk illərindən Pyotr Yekaterina ilə heç maraqlanmır. Onların arasında ər-arvad münasibətləri demək olar ki, heç olmur. Bu barədə Yekaterina sonralar belə yazırdı:

Yekaterina öz təhsili ilə məşğul olmağa davam edir. O, çoxlu mütaliələr edir, Volteri, Publiy Korneliy Taçiti, Beyl Pyeri oxuyaraq fəlsəfi, hüquqi biliklərini artırır. Əsas əyləncəsi ov etmək, at sürmək, rəqs və maskaradlar olur. Böyük knyazla ər-arvad münasibətinin olmamasından istifadə edərək Yekaterina məşuq və sevgililəri ilə gününü keçirir. Bundan imperatriça Yelizaveta heç də məmnun deyildi. Nəhayət iki uğursuz hamiləlikdən sonra 20 sentyabr (1 oktyabr) 1754-cü ildə Yekaterinanın oğlu I Pavel dünyaya gəlir. Doğuş ağır keçir və imperatriça Yelizavetanın tapşırığı ilə uşağı dərhal anadan ayırırlar və onu tərbiyə etməsinə izin vermirlər. Ona yalnız tək-tək görüş icazəsi verilmişdir. Yekaterina ilk dəfə uşağını 40 gündən sonra görə bilmişdir. Bəzi mənbələrdə I Pavelin əsil atasının Yekaterinanın sevgilisi S. V. Saltıkovun olduğu mübahisə edilməkdədir. (Yekaterinanın memuarlarında bu barədə birbaşa dəlillər tapılmasa da hələ də interpritasiya olunmaqdadır.) Pavelin dünyaya gəlməsindən sonra Yekaterina ilə böyük knyaz arasındakı münasibətlər daha da gərginləşir. III Pyotr öz arvadını "ehtiyatda olan madam" adlandıraraq açıq-aşkar məşuqələri ilə əylənir. Bunda istifadə edən Yekaterina ingilis səfiri Çarlz Henburi Uiyamsın köməyi ilə gələcək Polşa kralı Stanislav Avqust Ponyatovski ilə əlaqələr qurur.

9 dekabr 1758-ci ildə Yekaterina qızı Annanı dünyaya gətirir ki, III Pyotr bu xəbərdən daha da qəzəblənir:

İngilis səfiri Vilyams bu zamanlar Yekaterinanın yaxın dostu və etibarlı adamına çevrilir. O, Yekaterinaya tez-tez maddi kömək göstərir, ona sələmli borc və subsidalar verir. Yalnız 1750-ci ildə Yekaerina ondan 50 000 rubl qəbul etmişdirКазимир Валишевский. Екатерина Великая (Роман императрицы), кн.1, ч. 2, гл. 1, I; noyabr 1756-cı ildə isə o, daha 44 000 rubl almışdır.Покровский М. Н. Русская история с древнейших времен. При участии Н. Никольского и В. Сторожева. Москва, 1911, т. 4, с. 46. Əvəzində isə səfir ondan bəzi məxfi məlumatlar almış olur.Павленко Н. И. Екатерина Великая. Москва, 2006, с. 30. Ələlxüsus 1756-cı ildə İngiltərənin müttəfiqi olan Prusiya ilə Yeddillik müharibə başlanandan sonra səfir Uiyams Yekaterina vasitəsilə döyüşən rus ordusu və onun hücum planları haqqşnda məlumatları alaraq Londona və Prusiya kralı II Fridrixə ötürmüşdürБильбасов В. А. История Екатерины Второй. Берлин, 1900, т 1, с. 495–497. Uiyam geri çağrıldıqdan sonra Yekaterina onun yerinə gələn Keytdən pul almaqda davam edirБильбасов В. А. История Екатерины Второй. Берлин, 1900, т 1, с. 445. İngilis səxavətinə Yekaterinanın möhtac olmasının səbəbi onun məsrəflərinin ona xəzinədən ayrılmış büdcədən xeyli artıq olması idi. Səfir Vilyamsa ünvanlamış olduğu bir məktubda minnətdarlıq əvəzi o, yazırdı:

Saray çevrilişi və uzurpasiya 1756-cı ildə Yeizaveta Petrovnanın xəstələndiyi dövrdə, artıq Yekaterina gələcək imperatorun (öz ərinin) taxtan sui-qəsdlə devrilməsi haqqında planlar qurmağa başlayır. Bu haqda o dəfələrlə səfir Vilyamsa yazmışdır. tarixçi V. O. Klyuçevskinin yazır:

Bu saray çevrilişi planında Yekaterinaya kansler Bestujev-Rzumin Aleksey Petroviç də kömək edir.Ключевский В. Курс русской истории. Лекция LXXV. 1758-ci ilin əvvəlində imperatriça Yelizaveta Yekaterina ilə dostluq münasibətində olan rus ordusunun baş komandanı Apraksin Stepan Fyodoroviç və kansler Bestujevin xəyanətindən şübhələnir və hər ikisini həbs etdirir. Bestujev tutulana qədər Yekaterina ilə yazışdığı bütün məktubları məhv edə bildiyindən cəzadan yaxa qurtara bilir.Павленко Н. И. Екатерина Великая. Москва, 2006, с. 29. Nəticədə səfir Uilyam geri göndərilir. Beləliklə Yekaterina köhnə pərəstişkarlarsız qalır və yenilərini axtarmalı olur.

25 dekabr 1761-ci ildə (5 yanvar 1762) imperatriça Yelizavetanın vəfatından sonra Pyotr Fyodoroviç III Pyotr adı ilə taxta oturur. Bu vəziyyər ər ilə arvad arasındakı uçurumu daha da artırmış olur. III Pyotr açıq-aşkar məşuqəsi Voransova Yelizaveta Romanovna ilə yaşamağa başlayır. Yekaterinanı isə Qış sarayının digər ucuna köçürür. Yekaterina Orlovdan hamilə qalanda bunu daha heç cür ərindən təsadüfən baş verdiyini sübut edə bilmir. Beləliklə dünyaya Yekaterinanın daha bir oğlu Bobrinski Aleksey Qriqoryeviç gəlmiş olur. III Pyotr imperator olduqdan sonra onun bəzi hərəkətləri zabitlər korpusunun ona qarşı mənfi münasibətinə səbəb olmuşdur. Belə ki o, Prusiya ilə Rusiyaya sərf etməyən bəzi müqavilələr bağlamışdır. Prusiya ilə birlikdə Holşteyn Şlezviqi geri Prusiyaya qaytarmaq üçün öz müttəfiqi olan Danimarkaya qarşı hərəkətə keçir. Rus kilsəsinin mülkünə əl qoyaraq monastır torpaq mülklərini ləğv edir. O, özünü kobud, səfeh, Rusiyanı sevməyən, bacarıqsız kimi göstərir. Onun fonunda Yekaterina ağıllı, mömin və səmimi həyat yoldaşı kimi görünürdü. Qvardiya tərəfindən imperatora qarşı nifrət artdığı bir vaxtda Yekaterina çevriliş etməyə qərar verir. Onun tərəfdaşları Orlov qardaşları, vaxmistr Potyomkin və adyutant Fzodr Xitrovo qvardiyada təşviqat işi apararaq onları öz tərəfinə çəkirlər. Çevrilişə əsas səbəb Yekaterina və poruçik Passekin həbsi haqqında yayılan şayiələr olur. A. Truayya və K. Valişevski gıstərir ki, III Pyotru devirmək üçün Yekaterina fransız və ingilis puluna müraciət edərkən onları planı haqqında məlumatlandırmışdır. Fransızlar planın ciddiliyinə inanmayaraq Yekaterinaya cəmi 60 000 rubl, ingilislər isə 100 000 rubl verirlərТруайя А. Екатерина Великая. Москва, 2007, с.165Казимир Валишевский. Екатерина Великая (Роман императрицы), кн.1, ч. 2, гл. 2, III. 28 iyun (9 iyul) 1762-ci ildə III Pyotr Oranienbaum şəhərində olarkən Yekaterina Aleksey və Qriqori Orlov ilə Peterqrafdan Sankt Peterburqa gəlir və qvardiya ona sədaqət andını içir. Taxtdan düşürülmüş III Pyotr nəzarətə götürülür və sonradan müəmmalı şəkildə ölmüş olur. Yekaterina bir məktubunda yazırdı ki, ölümdən qabaq Pyotr babasildən əziyyət çəkirdi. Ölümündən sonra Yekaterina şübhələrə son qoymaq üçün cəsədin yarılmasına gıstəriş verir. Müayinə (Yekaterinanın sözünə görə) zəhərləndirməni inkar edir. Bu haqda tarixçi Pavlenko Nikolay İvanoviç yazırdı:

Ərini devirdikdən sonra Yekaterina Alekseyevna imperatriça II Yekaterina adı ilə taxta keçir və III Pyotrun devrilməsini onun dövlət dininə xəyanəti və Prusiya ilə bağlamış olduğu sülh müqaviləsi ilə əlaqəli olduğunu bəyan edən manifest verir. Xələf Pavelin deyil məhz onun taxta çıxmasını o, bunu bizə sadiqlərin istəyi olduğunu əsas gətirmişdir. 3 oktyabr (22 sentyabr) 1762-ci ildə Yekaterinanın taçqoyması Moskvada baş verir.. V. O. Klyuçevski belə xarakterizə edirdi:

Hökmranlığı 280px|thumb|II Yekaterina hıkmranlığının apafezi, Qreqorio Qulyelminin əsəri. Öz memuarında Yekaterina hakimiyyətə başlayarkən Rusiyanın vəziyyətini belə xarakterizə edirdi:

Tarixçilər isə bunu əksini yazırdı. Rusiya dövlətinin maliyyəsi hətta Yeddillik müharibədən sonra tükənməmişdir: 1762-ci ildə büdcənin defisiti cəmi 1 000 000 rubl idi ki bu da gəlirin 8%-ni təşkil edirdiЧечулин Н. Д. Очерки по истории русских финансов в царствование Екатерины II. С-Петербург, 1906, с. 43, 61.