Sürücü () — Nikolas Vendinq Refnin rejissorluğu ilə 2011-ci ildə çəkilmiş film. Ceyms Sallisin 2005-ci ildə yazıdığı eyniadlı kitab əsasında çəkilib, filmin ssenari müəllifi Hüseyn Aminidir. Baş rolda Rayan Qoslinq çəkilib.
Film haqqında Rejissor Nikolas Vinding Refn şofer haqqında film çəksə də, o, heç avtomobillərlə yaxından maraqlanmır. Ümumiyyətlə, sürücülük vəsiqəsi belə yoxdur və səkkiz dəfə sürücülük imtahanından keçə bilməyib. "Breaking Bad" teleserialının fanatı olan rejissor, filmdə Brayan Krenstonun da rol almasını istəyib və onu çəkilişlərə dəvət edib. Brayan həmçinin "The X-Files" serialının 1998-ci ildə efirə gedən "Drive" epizodunda çəkilmişdi. Filmin sloqanı "Burada qocalara yer yoxdur" (2007) üçün istifadə edilən "Təmiz qaçışlar yoxdur" ilə eynidir. "" (2012) videooyununun yaradıcısı olan Conatan Soderstrom bu filmin ona ilham verdiyini demişdir Açılış kreditləri zamanı səslənən mahnı Kavinskinin "Nightcall" mahnısıdır. Bu, redaktor Met Nyuman tərəfindən təklif edilmişdir. Bu mahnıdan kostyum dizayneri Erin Benach, aktyor Brayan Krenston və bəstəkar Kliff Martinesin iştirak etdiyi "" (2011) filmində də istifadə edilmişdir. Filmdə "Taksi şoferi"nə (1976) çoxlu istinadlar edilmişdir. Bir nümunə, Sürücünün "Taksi sürücüsü" filmindəki Travis Bikl kimi tək oturaraq piroq yediyi səhnədir. Rejissor Nikolas Vinding Refn "Taksi sürücüsü" filminin rejissoru Martin Skorsezeyə güclü heyranlıq bəsləyir. Filmin əksər səhnələri "Arri Alexa" kamerasının köməyilə rəqəmsal formada lentə alınıb. Filmin çəkilişləri iki ay ərzində Los-Ancelesdə baş tutub. Müasir film olmasına baxmayaraq, 1980-ci illərin ab-havasına malikdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:2011-ci ilin filmləri Kateqoriya:2011-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin cinayət dram filmləri Kateqoriya:ABŞ-nin təqib filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:ABŞ-nin soyğun filmləri Kateqoriya:ABŞ-nin döyüş dram filmləri Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:Ekzistensialist filmlər Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:ABŞ-nin qanqster filmləri Kateqoriya:İngilis dilində cinayət dram filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:ABŞ-nin neonuar filmləri Kateqoriya:Kinematoqrafiyada kastinq qalmaqalları Kateqoriya:Psixopatlar və sosiopatlar haqqında filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:ABŞ-nin triller dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:İngilis dilində döyüş dram filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:ABŞ-nin romantik triller filmləri