Tahir Cabbar oğlu Əliyev () — Azərbaycan kinorejissoru.
Həyatı Tahir Əliyev 28 aprel 1975-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində (Cəmil Quliyevin emalatxanası) təhsil alıb (1993–1998). Türkiyə Cümhuriyyəti İstanbul Beykent Universitetində Sinema üzrə magistr təhsili alıb. (2012–2014).
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət insitutunun "Teatr, kino və televiziya" şöbəsinin aspirantıdır.
Fəaliyyəti Tahir Əliyev "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti (1995–2000), "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində kinorejissor (2003–2007), AzTV-nin "Xüsusi layihələr" departamentində rejissor (2007–2008), "Salnamə" kinostudiyasında quruluşçu rejissor (2008–2016) kimi çalışıb. 2016–2020-ci illərdə Aran Film Yaradıcılıq Mərkəzinin bədii rəhbəri kimi çalışıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. "Nova Gorica" kino mərkəzinin təsisçisi və direktoru, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycan nümayəndəsidir. Bir çox Beynalxalq Kino Festivalların iştirakçısı və qalibi olub. Azərbaycan Peşakar Kinorejissorlar Gildiyasının üzvdür.
Mükafatları Respublika "Gənclər mükafatı" (2005) Kinematoqrafiya sahəsindəki uğurlarına görə "İlin ən yaxşı sənədli film rejissoru" mükafatı — 2005, Bakı V Beynəlxalq Audio-Vizual Kinofestival (xüsusi mükafat), 2005, Bakı V Volakalamsk Beynəlxalq Kinofestivalı (mətbuat mükafatı) – 2007, Moskva VII Beynəlxalq Audio-Vizual Kinofestival (xüsusi mükafat) — 2007, Bakı V Avroasiya Beynəlxalq Kinofestivalı (I dərəcəli diplom) — 2009, Sevastopol XVlll- "Zolotoy Vityaz" Kinoforumu (diplom) — 2009, Lipetsk lV "İnsan və Müharibə" Beynəlxalq Kinofestivalı (priz) — 2009, Yekaterinburq Atatürk Ərzurum Universitetinin Eyitim fakültəsinin xüsusi diplomu – 2009, Ərzurum Sloveniya Respublikası Novo-Qoriça şəhərinin Fəxri Mükafatı — 2010, Novo-Qoriça "Bilik Aləmi" Beynəlxalq Kinofestivalı xüsusi diplomu −2010, Sankt-Peterburq "S. Bondarçuk adına" Beynəlxalq Kinofestivalı (priz) — 2010, Volakalamsk XX — "Zolotoy Vityaz" Kinoforumu (diplom) — 2011, Kursk Kars Kafkas Universitetinin diplomu — 2012, Kars "Azərbaycan Alman" dostluq cəmiyyətinin xüsusi diplomu — 2012, Bakı Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı (diplom)-2014, Bakı XI Avroasiya Beynəlxalq Kinofestivalı (diplom) — 2015, Sevastopol Rusiya Federasiyasının prezidenti V. Putininin, Böyük Vətən Müharibəsi mövzusuna kinoda töhfələrinə görə , "Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibətilə" mükafatı və xatirə medalı — 2015, MoskvaPutin Azərbaycan rejissorunu təltif etdi . kulis.lent.az, 22.09.2015 İlin ən yaxşı televiziya filmi. "Qızıl pəri" kino mükafatı ("Unudulmuş partizan") — 2015, Bakı Azərbaycan-Polşa əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə" xatirə medalı — 2016, Varşava "Rasim Ocaqov" adına kinofestival – "Ən yaxşı bədii film" 2018, Şəki
Filmoqrafiya Rejissor kimi Yaz havası (film, 1998) (bədii film) Özgələr arasında doğma (film, 2004) (sənədli film) Akademik Yusif Məmmədəliyev (film, 2005) (sənədli film) Nəimi (film, 2005) (sənədli film) Arpaçay (film, 2006) Kuklalar, adamlar… (film, 2006) (sənədli film) Sərhədsiz ürək (film, 2006) (sənədli film) Səhra gülü (film, 2007) (sənədli film) 125 illik yol (qısametrajlı sənədli film) Sofya (film, 2008) (sənədli film) Təxəllüsü "Mixaylo" (film, 2008)Stalin və "Mixaylo": [Rejissor Tahir Əliyevin "Mixaylo" sənədli filmi haqqında APA-ya müsahibəsi] //Femida.- 2008.- 2 avqust.- S. 8.(sənədli film) Parisli azərbaycanlı (film, 2009) (sənədli film) Akademik (sənədli film, 2010) Xəzərdən Dunaya (sənədli film, 2010)Reyhan. "Xəzərdən Dunaya" sənədli filminin təqdimatı: ["Nizami" Kino Mərkəzində rejissor Tahir Əliyevin lentə aldığı eyniadlı sənədli filmi] //Mədəniyyət.- 2012.- 6 iyun.- S. 3. Kazım Qarabəkir Paşa (sənədli film, 2010)Hacılı, İ. "Kazım Qarabəkir Paşa" sənədli filmi təqdim olundu: [Kinematoqrafçılar İttifaqında rejissor Tahir Əliyevin quruluşunda hazırlanan eyni adlı filmin təqdimatı] //Mədəniyyət.- 2010.- 30 aprel.- S. 11."Kazım Qarabəkir Paşa" filmi təqdim olundu: [İstanbulun Taksim Kültür Mərkəzində rejissor Tahir Əliyevin türk generalına həsr olunmuş eyni adlı sənədli filminin təqdimat mərasimi keçirildi] //Mədəniyyət.- 2011.- 11fevral.- S. 6. Qafqaz qartalının uçuşu (sənədli film, 2010)Yeganə. "Qafqaz qartalının uçuşu" sənədli filminin çəkilişi başa çatıb: [Azərbaycanlı təyyarəçi Hüseynbala Əliyevdən bəhs edən filmin rejuissoru Tahir Əliyevdir] //Mədəniyyət.- 2010.- 16 iyul.- S. 3. Sizi çox sevirəm (sənədli film, 2010) 21-ci ilin payızı (sənədli film, 2011) Boş yerə təbil vurma (sənədli film, 2011) Medo Hollandiyadadır (sənədli film, 2011) IX korpus (sənədli film, 2012) Unudulmuş partizan (sənədli film, 2012)Lalə. Kinorejissor Tahir Əliyev Sloveniyada mükafat alıb: Sloveniyanın Nova Qoriça şəhərində rejissor Tahir Əliyevin "Salnamə" kinostudiyasında lentə aldığı iki filmə baxış olub: [Kromberq muzeyində "IX korpus" və "Unudulmuş partizan" filmi göstərilib] //Mədəniyyət.- 2012.- 5 oktyabr.- S. 4. Parisdən məktublar (sənədli film, 2013)Hüseynov, F. "Parisdən məktublar": [Nizami Kino Mərkəzində görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş rejissor Tahir Əliyevin eyniadlı sənədli filminin təqdimatı keçirilmişdir] //Mədəniyyət.- 2014.- 30 aprel.- S. 3. Səsdən usanmışlar (bədii film, 2014) Qafqazdan Appeninə (sənədli film, 2014) Düdəngədən Münhenə (sənədli film, 2015) Polkovnik (sənədli film, 2015) Gecikmə (sənədli film, 2019) Cümhuriyyət tələbələri (sənədli film, 2018) Mirzə Cəlilin Azərbaycanı (sənədli film, 2019) Qırmızı (bədii film, 2020) O, Xarqo idi (sənədli film, 2021) Qıfıl (bədii film, 2025)
Ssenari müəllifi kimi IX korpus (film, 2012) (qısametrajlı sənədli film) Qıfıl (bədii film, 2025)
Aktyor kimi Əbədi ezamiyyət (film, 2016) (tammetrajlı sənədli-bədii film)
Məsləhətçi kimi Əbədi ezamiyyət (film, 2016) (tammetrajlı sənədli-bədii film)
Bədii rəhbər kimi Sakit gün (film, 2016) Ürək yaddaşı (film, 2016) İqlimlər (film, 2016) Bu Azərbaycan sirkidir (film, 2016) Sonluğun izi ilə (film, 2016) Ömrümün qızıl payızı (2017) Sarıbaş (2017) Sonuncu akkord (2017) İki dünya arasında (2017) Şahtaxtı (2017) Daşla danışan adam (2017) Orkestr və mən (2017) Əfsanə (2017) Mənim adım Ələkbər (2017) Qara dəlik (2017) Əliaçıq xəsis (2017) Ölməz Murtuza (2017) Cavabsız sual (2017) Ölümündən sonra məhkəmə (2017) Dəmirin yolu (2017) Həqiqət sorağında (2017) Hələ axşam olmayıb (2017)
İştirak etdiyi film 125 illik yol (qısametrajlı sənədli film) Köhnə çamadanlar (film, 2022) (Art direktor kimi)
Prodüsser kimi Hüseyn xan Naxçıvanski. Qayıdış (film, 2014) (tammetrajlı sənədli film)
İstinadlar
Xarici keçidlər Полёт Кавказского орла — Показ фильма (сюжет — Renesans, RegionTV) Səda — "Hüseyn xan Naxçıvanski-Qayıdış" (12.05.2016)
Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları