thumbnail Teodor Van Kirk () — 1945-ci il avqustun 6-da birinci atom bombasını daşıyan "Enola Gay" təyyarəsinin 12 nəfərlik heyət üzvündən biriİlham Cəmiloğlu, Yapon faciəsini törədən pilot: "Xirosimanı darmadağın etdim və…" — FOTOLAR — musavat.com saytı.
Həyatı Van Kirk 1921-ci ildə Amerikada anadan olub. Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrində xidmət edib. Kapitan rütbəsinə yüksələn Van Kirkin 1942–1944-cü illərdə Amerikanın hüdudlarından uzaqlarda 58 hərbi döyüş uçuşu olub. 1944-cü ilin noyabr ayından isə Yaponiyada keçiriləcək əməliyyata hazırlıq təlimlərinə başlayıb.
Teodor Van Kirk hərbi xidmət illərində bir sıra orden və medallarla təltif edilib. O, 1946-cı ildə Amerika Birləşmiş Ştatlarının Hava Hücumu Qüvvələrindən zabit kimi ehtiyata buraxılıb. 1949–1950-ci illərdə Baknell universitetində təhsil alıb. Sonralar isə müxtəlif təşkilatlarda mühəndis texnik kimi fəaliyyətini davam etdirib.
Van Kirk 2007-ci ildə Yaponiyaya atom bombasını aparan "Enola Gay" təyyarəsinin bort jurnalını hərraca çıxardıb. Tarixi jurnal 358 min 500 amerika dollarına alınıb. "Enola Gay" təyyarəsi isə hal-hazırda Amerika Birləşmiş Ştatlarının Aviasiya və Kosmonovtika Milli Muzeyində saxlanılır.
28 iyul 2014-cü ildə Teodor Van Kirk vəfat etmişdir.
İstinadlar
Həmçinin bax Dünyadakı uzunömürlülərin siyahısı
Xarici keçidlər
Kateqoriya:Baknel Universitetinin məzunları Kateqoriya:Hollandəsilli amerikalılar