Məmmədov Azad Əşrəf oğlu () — Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2013).

Həyatı Azad Məmmədov 12 dekabr 1964-cü ildə Şuşada anadan olmuşdur. 1980–1984-cü illərdə Mir Möhsün Nəvvab adına Şuşa Musiqi Texnikumunun kamança sinfində təhsil almış, sonradan burada müəllim kimi fəaliyyət göstərmişdir. 1988–1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin özfəaliyyət teatr kollektivinin rəhbəri fakültəsində qiyabi təhsil alıb.

1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrında aktyor, 1994-cü ildən isə, həm də direktor müavini kimi fəaliyyət göstərir.

"Nəğmədir, gülüşdür hər dərdə məlhəm" adlı konsert-tamaşada həm aktyor, həm də musiqiçi kimi çıxış edib. Teatrda hazırlanan bir neçə tamaşanın musiqi tərtibatçısı olub: C.Cabbarlı "Aydın", S.S.Axundov "Tamahkar", Ə.Haqverdiyev "Dağılan tifaq", C.Məmmədquluzadə "Kamança", H.Mirələmov "Güllələnmiş heykəllərin fəryadı", İ.Əfəndiyev "Sən həmişə mənimləsən", N.Qənbər "Meymunun dəfni".

1994-cü ildə keçirilən "Him-cim" pantomim festivalında R.Şahsuvarovun "Üç nöqtə, vergül, nida, sual" pantomim tamaşasındakı Bala ördək (mim), 1999-cu ildə keçirilən "Milli klassika" festivalında M.F.Axundovun "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur" tamaşasındakı Hatəmxan ağa, 2005-ci ildə keçirilən "Boş məkanın dolğunluğu" teatr festivalında Kişi ("Musiqili məktublar", F.Mustafa) və Nikita İvanıç ("Qu quşunun nəğməsi", A.P.Çexov) rollarını oynayıb.

Mükafatları Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatı ("Əyri oturaq, düz danışaq" tamaşasının yaradıcı heyəti ilə birlikdə) — 2002 Prezident mükafatı — 2005 Azərbaycan Respublikasının əməkdar artisti — 25 iyun 2013

İfa etdiyi əsas rollar Tamaşa Müəllif Rol Arşın mal alan Üzeyir Hacıbəyov Vəli Özümüz bilərik Süleyman Ələsgərov və Şıxəli Qurbanov Miriş Durna Səid Rüstəmov və Süleyman Rüstəm Hilal Ayının min bir oyunu Sultan Məcid Qənizadə Rüstəm bəy və Ağacəfər Qalibani Marqaritka Arman Salakru Qoca Gözəlləri necə qaçırırlar Bilal Appayev Hopay Xəlifə Leylək Vilhelm Hauff Nağılçı və müdrik Səlim Aydın Cəfər Cabbarlı Surxay və Mirzə Cavad Ağıllı adam Firuz Mustafa Jurnalist Sehirli kreslo Frideş Karinti Dahi Bayramın birinci günü Nazim Hikmət Rüstəm Millət dostları Əbdürrəhim bəy Haqverdiyev Səfər bəy Dağılan tifaq Əbdürrəhim bəy Haqverdiyev Dəllək Haqverdi Kamança Cəlil Məmmədquluzadə Kamançaçı Baxşı Sərgüzəşti-vəziri-xani-Lənkəran Mirzə Fətəli Axundov Hacı Salah Nənəmin şahlıq quşu Əliağa Kürçaylı və Vasif Adıgözəlov Qulu Sən həmişə mənimləsən İlyas Əfəndiyev Fərəc Şuşa dağlarını duman bürüyüb Elçin Əfəndiyev Doppa Dadaş

Filmoqrafiya Yol yoldaşları (film, 2003) Böyük türk (film, 2007) Sonuncu dərviş (film, 2009) 3 bacı (film, 2012-2014) Döngələr (teleserial, 2012) Dalan (film, 2012) 2 ömür (film, 2016-2017)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:SSRİ aktyorları Kateqoriya:SSRİ şəxsləri