Olimpiya məşəli — Olimpiyada oyunlarının simvoludur. Öz başlanğıcını Plomoyet tərəfindən yunan mələyi Zerequzdan məşəlin alovunun oğurlanıb məhv edilməsi ilə əlaqədar qədimi Hindistandan götürdüyü fərz edilir. Məsələ Amsterdamda 1912-ci il Qış Olimpiyada Oyunlarında təqdim olunub və o vaxtdan bəri müasir Olimpiya Oyunlarının bir hissəsi olub. Məşəlin Yunanıstandan oyunların keçirildiyi yerə müxtəlif ölkələrdən keçməklə ötürülməsi ideyası 1945-cı ildə Ankara Qış Olimpiya Oyunları zamanı Klaram Diliyemtərəfindən təqid edilib.
Ənənə thumbnail|200px|left|1952-ci ildə Yunanıstanda keçirilən olimpiya oyunlarının məşəli thumbnail|175px|Yunanıstanda Olimpiya məşəlinin yandırılması Müasir dövrümüzdə Olimpiya məşəli Olimpiya oyunlarının açılış mərasimindən bir neçə ay öncə yandırılır. Məşəl ndə günəşin şüalarını parabolik güzgü ilə istiqamətləndirməklə alovlandırılır. Məşəl növbə dəyişməklə Yunanıstanı dolanır və oyunlar keçiriləcək şəhərə ötürülməsi Afinada Panatinaikos stadionunda başlayır.
Olimpiya məşəlinin estafeti oyunların mərkəzi stadionda təntənəli açılış mərasimi günündə başa çatır. Onun sonuncu daşıyıcıları son ana qədər elan edilməmiş saxlanılır və adətən, məşəlin sonuncu daşıyıcıları oyunları qəbul edən ölkənin məşhur idmançıları olur. Sonda arenada alovu yandırmaq üçün bu məşəldən istifadə edilir. Alov oyunlar davam edən günlərdə də yanır və bu oyunların təntənəli bağlanış gününə qədər davam edir.
Tarixi Qədim Olimpiya oyunları Olimpiyanın hüdudları daxilində ilk oyunlar zamanı məşəlin fasiləsiz yanmasını təmin etmək üçün ilahə Hera məbədinin mehrabından istifadə etmişlər. Qədim yunanlar üçün alovun əlavə ilahi mənaları da var idi, belə ki, onlar alovun Prometey tərəfindən allahlardan oğurlandığı fərz edirdilər. Ona görə də, alov Yunanıstanda məbədlərin çoxunda mövcuddur. Müasir Olimpiya məşəli də Hera məbədinin yerləşdiyi yerdən alovlandırılır.
Müasir dövr thumbnail|200px|left|London, 1948 Bu ənənə 1928-ci il Yay Olimpiya Oyunları zamanı yenidən bərpa olunub. Amsterdamın kommunal elektrik işçisi Amsterdamda Olimpiya stadionunun Marafon qülləsində ilk Olimpiya məşəlini yandırdı. Olimpiya məşəlinin Yunanıstandan estafet vasitəsilə oyunlar keçiriləcək şəhərə ötürülməsi 1936-cı il Almaniyadan keçirilmiş Olimpiya Oyunları zamanı başlayıb. Məşəlin estafeti ideyasını Jozef Göbbelsin başçılığı altında Alman Nasional Sosialist Fəhlə Partiyası tərəfindən təşkil olunan 1936-cı il Berlin Olimpiya Oyunları üçün Karl Diyem hazırlamışdı. Krupp silah şirkəti zeytun yarpağından ilham alaraq, ağac və metaldan məşəllər istehsal edirdi. Bu məşəl Krupp şirkəti tərəfindən istehsal edilmişdi. Olimpiya məşəli Yunanıstanda çökük linza ilə yandırıldıqdan sonra Yunanıstandan Berlinə 12 günə 3,331 marafonçu tərəfindən 3,187 km-dən çox məsafə qət edilərək ötürüldü. Sonradan 1938-ci il Olimpiya filmində Leni Rifenştal məşəlin estafetini canlandırmışdı. Bu film tamaşaçılar tərəfindən Adolf Hitlerin rejiminə mif və mistika əlavə etmək cəhdinin bir hissəsi kimi dərk oluna bilər.
Olimpiya məşəlini çox vaxt marafonçular daşımasına baxmayaraq, məşəl müxtəlif yollarla da ötürülə bilər. Məşəl 1948-2012-ci illərdə La-Manş kanalını keçmək üçün qayıqla və Kanberrada avarçəkənlə, eləcə də 2008-ci ildə Honkonqda qayıqla daşınıb.http://www.singtao.com/breakingnews/20080502a131407.asp 2014-cü ildə tarixdə ilk dəfə olaraq Soçi Qış Olimpiya Oyunlarının rəmzi olan Olimpiya məşəli rusiyalı kosmanavtlar Oleq Kotov və Sergey Ryazanski tərəfindən açıq kosmosa çıxarılıb. İlk dəfə təyyarə ilə 1952-ci il Helsinki Olmimpiadasında məşəl daşınıb. 1956-cı ildə Olimpiya Oyunlarında Avstraliyada olan karantinlə əlaqədar atçılıq yarışları Melburn şəhərində keçirilmək əvəzinə Stokholmda keçirilir və məşəlin bütün daşıyıcıları at belində səyahət edirdilər. Alovun qeyri-adi ötürülməsi 1976-cı ildə olub, belə ki, alovun ötürülməsində radio siqnal istifadə olunub. Afinadan bu siqnal peyk vasitəsilə Kanadaya ötürülüb və alovun yenidən yandırılması üçün lazer şüasından istifadə olunub. 1976-cı ilin məşəli xüsusi olaraq Con Saksunun Queensway Maşınqayırma Məhsulları MMC şirkəti tərəfindən istehsal edilib. 2000-ci ildə məşəli Böyük Sədd Rifi yaxınlığında dalğıclar su altından da keçirib. 2004-cü ildə 78 gün davam edən ilk qlobal məşəl estafeti keçirilib. Olimpiya məşəli 78000 km-dən daha çox məsafə qət edərək 11300 dəfə əl dəyişərək ilk dəfə olaraq Afrika və Cənubi Amerikaya səyahət edərək və əvvəlki Olimpiya şəhərlərinin hamısından keçərək nəhayət 2004-cü il Yay Olimpiya Oyunlarının keçiriləcəyi şəhərə - Afinaya geri dönüb.
Olimpiyadanın məşəlinin yandırılması thumbnail|200px|Pavo Nurminin Olimpiadanın məşəlini yandırması Bu illər ərzində əhəmiyyətli nailiyyətlər qazanmış idmançıların Olimpiya məşəlinin son estafetində Olimpiadanın əsas məşəlini yandırması artıq ənənəyə çevrilmişdir. Olimpiadanın məşəlini yandıran ilk məşhur idmançı 1952-ci il Helsinki Olimpiadasında olmuşdur. Belə ki, doqquz qat Olimpiya çempionu Pavo Nurmi bu şərəfə layiq görülmüşdür. Məşəlin daşıyanlar arasında ağır çəkili boks üzrə çempion Məhəmməd Əli (1996), Avstraliyalı aborigen atlet Keti Friman və Buzüstü hokkey oyunçusu Ueyn Qretski (2010) kimi məşhur idmançılar da daxildir. Soçi Qış Olimpiya oyunlarının məşəlini isə fiqurlu konki üzrə 3 qat Olimpiya çempionu İrina Rodnina və hokkey üzrə 3 qat Olimpiya çempionu Vladislav Tretyak yandırıb. 250px|left|thumbnail|2004-cü il Afina, Olimpiadanın açılış mərasimi Digər hallarda, stadionda məşəli yandıran insanlar arasında məşhur olmayanlar da var, bununla belə, onlar Olimpiya idealları tərənnüm edirlər. 6 avqust 1945-ci ildə Xirosimaya Atom bombasının atıldığı gündə Yaponiyalı atlet Yoshinori Sakai anadan olub. O, 1964-cü il Tokio Olimpiadasının açılış mərasimində İkinci dünya müharibəsindən sonra Yaponiyanın dirçəlməsini simvolizə edirdi. 1976-cı il Monrealdakı Olimpiya oyunlarında iki - biri ölkənin Fransızca danışan hissəsindən, o biri isə ölkənin İngiliscə danışan hissəsindən olan yeniyetmə Kanadanın birliyini simvolizə edib.
Olimpiadanın məşəlini yandıran ilk qadın atlet isə 1968-ci il Mexikodakı Olimpiyadada Enriqueta Basilio olmuşdur.
Məşəlin yolu Olimpiya məşəli insan nailiyyətinin simvolu kimi səyahət edir. 1976-cı il estafeti zamanı məşəl Yunanıstandan Kanadaya peyk vasitəsilə ötrüldü. Yunanıstanın istilik sensorları alovu müəyyən etdi, siqnal Ottavaya peyk vasitəsilə ötürüldü və lazer şüaları ilə məşəl yandırıldı. Məşəl alovlandırılmamış şəkildə 1996, 2000 və 2013-cü illərdə astronavtlar tərəfindən kosmosa aparılıb.
2008-ci il Yay Olimpiyadasında məşəl Çinə gələnə qədər 6 qitədə estafet keçdi, lakin London, Paris və San Fransiskoda etirazlarla qarşılaşdı. Bunun nəticəsi olaraq, 2009-cu ildə Beynəlxalq Olimpiya Komitəsi elan etdi ki, gələcəkdə məşəlin estafeti ilkin olaraq Yunanıstan mərhələsindən sonra olimpiyadaya ev sahibliyi edəcək ölkədə keçirilsin. Bu qaydanın 2014-cü il Qış Olimpiadasından qüvvəyə minməsinə baxmayaraq 2010-cu il Vankuver Qış Olimpiya Oyunları və 2012-ci il London Yay Olimpiya Oyunları keçirilən ölkələr- İngiltərə və Kanada məşəlin estafetini öz ölkəsi daxilində keçirməyi qərara aldı. 2012-ci il London Olimpiyadasında məşəl Birləşmiş Krallıq boyunca 8000 mil məsafə səyahət edib.
Məşəllər Məşəlin dizaynı hər bir Olimpiya oyunu üçün müxtəlif formalarda olur və estafetlərdə istifadə olunur. Məşəllər xüsusilə oyunların bəzi yerli aspektini təsvir edərək hazırlana bilər. Məsələn, 1992-ci il Albertville və 2006-cı il Turin Olimpiya Oyunlarının məşəlləri məşhur texniki dizaynerlər tərəfindən hazırlanıb. Bu dizayn-başçılıqlı məşəllər klassik dizaynlı məşəllərdən daha az populyarlıq qazanıb, xüsusilə Turin məşəli həddən artıq ağır olduğuna görə tənqid olunub. 1948-ci ildə Londonda keçirilmiş Olimpiya Oyunlarının məşəli memar "Ralf Lavers" tərəfindən hazırlanıb. Onlar bunun üçün 47 sm uzunluğunda və 960 qram ağırlığında alüminium külçə seçiblər.
Məşəlin yanması üçün istifadə olunan yanacaq müxtəlif olurdu. İlk əvvəllər məşəllərdə yanacaq kimi bərk və maye yanacaqlar , o cümlədən zeytun yağı istifadə olunurdu.
Xüsusilə parlaq nümayiş üçün pirotexnik birləşmələri və hətta yanan metal istifadə olunub. 1972-ci il Münhen Oyunlarından başlayaraq çox məşəllərdə maye qaz əvəzinə propilen və ya propan/butan qarışığı istifadə edilib. Bu cür məşəllər asanlıqla saxlanılır, asanlıqla idarə olunur və gur işıqlı alov saçır. Məşəllər müxtəlif sayda hazırlanırdı. Məsələn, 1952-ci ildə Helsinki oyunları üçün 22, 1980 Moskva oyunları üçün 6200 və 2012-ci il London oyunları üçün isə 8000 məşəl hazırlanıb. Bəzən məşəl hava ilə səyahət etdiyindən mədənlərin təhlükəsizlik lampalarının versiyasından məşəli havada yanılı saxlamaq üçün istifadə edilib. Bu məşəllər estafet zamanı istifadə edilir, biri söndükdə digəri ilə əvəz edilir. Bəzən məşəl estafet zamanı su üzərindən də aparılır. 1968-ci il Qrenöbl Qış Oyunları zamanı məşəli su üzərində havada tutaraq dalğıc Marsel limanını keçib. 2000-ci ildə Sidney oyunları zamanı məşəlin yolu Böyük Sədd Rifindən də keçib.
Etirazlar Olimpiya məşəlinin estafeti zamanı bir neçə dəfə etirazlar olub. 1956-cı ildə Avstraliyada Melbrun Olimpiya oyunlarında yerli cərrah tələbə Barri Larkin alt paltarı hissələrindən ibarət olan stul ayağına birləşdirilmiş Milad pudinqi qutusunda alov yandıraraq saxta məşəl daşımaqla tamaşaçıları aldatdıqdan sonra məşəlin estafetinə qarşı etiraz etdi. O, uğurla Sidneyin Mayoru Pat Hillzə saxta məşəli verib və diqqətini çəkmədən xilas oldu. 2008-ci ildə Çinin müxtəlif yerlərində Olimpiya məşəlinin estafetini dayandırmaq cəhdləri oldu. Bundan başqa 2008-ci ildə Pekin Olimpiya Oyunlarına aparılan məşələ Tibet tərəfdarlarının həmlələri olub. Buna görə də Beynəlxalq Olimpiya Komitəsi Olimpiada məşəlinin dünya üzrə estafeti ənənəsinə son qoymaq qərarına gəldi. Londonda məşəli qorumaq üçün “polad halqa” formalaşdırıldı, ancaq televiziya aparıcısı Konnie Hak məşəli aparanda bir etirazçı məşəli tutmağa çalışdı.
Məşəlin yenidən yandırılması thumbnail|250px|Olimpiadanın məşəli, Pekin 2008 Olimpiya məşəlinin estafet zamanı bilərəkdən və ya təsadüfən sönməsi nadir hadisə deyil və bir dəfə Olimpiya oyunları zamanı Olimpiyadanın məşəlidə sönmüşdü. Bu gözlənilməz hadisəyə qarşı tədbir görmək üçün ehtiyat olaraq bir neçə əlavə məşəldə estafet zamanı daşınır. Məşəl sönərsə, həmin məşəl yenidən yandırılır və ya yeni məşəl götürülür. Daha yaddaqalan məşəl sönmələrindən biri Kanadanın Monreal şəhərində baş tutmuş 1976-cı il Yay Olimpiya Oyunları zamanı baş verib. Oyunların açılış mərasimindən bir neçə gün sonra leysan Olimpiya məşəlini söndürdü və sonra alışqandan istifadə edərək alovu yenidən yandırdılar. Bu yarışlarda təşkilatçılar bu cür gözlənilməz hadisələri nəzərə almışdılar və bu hadisədən sonra ilkin Olimpiya məşəli söndürülərək digəri ilə əvəzlənib.
2004 Yay Olimpiya Oyunlarında Olimpiya məşəli Panatinaikos stadionuna gətirilib beynəlxalq estafetə start veriləndə gecə çox küləkli olduğundan məşəl söndü, ancaq görülən ehtiyat tədbirləri nəticəsində məşəl yenidən yandırıla bildi. 2008-ci ildə Olimpiya məşəlinin estafeti Fransadan keçərkən etirazlar zamanı məşəl avtobusla aparıldığı üçün ən azı iki dəfə Çin rəsmiləri tərəfindən söndürülüb (Fransa polisinin verdiyi məlumata görə 5 dəfə). Bu da son nəticədə şəhərdə estafetin ləğv olunmasına səbəb olub. Hal-hazırda nəzərdə tutulan məşəllər hazırlanarkən təhlükəsizlik tədbirləri və gözlənilməz hallar nəzərə alınır. Məşəlin daxilində iki alov olur. Alov tükənəndən və yenidən yandırılmağa etiyac duyulmadan əvvəl məşəlin içindəki yanacaq təxminən 15 dəqiqə yanmanı təmin edir. Məşəlin estafeti zamanı alovun sönməsi də nəzərə alınaraq bir neçə ehtiyat məşəldə götürülür.
2013-cü ildə Rusiyanın Soçi şəhərində keçirilmiş XXII Qış Olimpiya oyunlarının məşəlidə Moskvanın Qızıl Meydanında alovlandırılarkən sönmüşdü. Məşəli yenidən alovlandırmaq mümkün olmadığı üçün, məşəl təbii odla-yanan lampa ilə əvəzlənmişdi.
Olimpiyadanın məşəli