Tengiz Yevgeniyeviç Abuladze(; ) — sovet kinorejissoru, pedaqoqu. SSRİ xalq artisti (1980).Новая Российская энциклопедия: в 12 т. / Редкол.: А. Д. Некипелов, В. И. Данилов-Данильян, В. М. Карев и др. — М.: ООО «Издательство „Энциклопедия“» Т. 2 А — Баяр, 2005. — 960 с.: ил.

Həyatı

Tengiz Yevgeniyeviç Abuladze 31 yanvar 1924-cü ildə Gürcüstanın Kutaisi şəhərində anadan olmuşdu. Şota Rustaveli adına Tbilisi Teatr İnstitutunda oxumuşdu.

Tengiz Abuladze Giorgi Leonidzenin eyni adlı hekayələr toplusu üzrə “Arzu ağacı” bədii filmini çəkmişdir. Yazıçı burada uşaqlıq dövrünün əhvalatlarını xatırlayır, böyüdüyü mühiti təsvir edir, özünə yaxın olan adamları hekayələrinin personajlarına çevirir.

Tengiz Abuladze müxtəlif hekayələrinin (“Pupala”, “Tsitsikore”, “Marita” və s.) qəhrəmanlarının əhvalatlarını ümumiləşdirir, yeni personajlar daxil edir, bir çox epizodları dəyişdirir. Məsələn hekayədə kənddən didərgin düşmüş Marita dərd çəkməkdən ölür, filmdə isə rəhmsiz avam camaat onunla haqq-hesab çəkir. Lakin filmdə Leonidzenin əsərinin əsas fikir xətti saxlanmışdır.

Gəncliyi və ilk filmləri

1955-ci ildə Tengiz Abuladze və Rezo Çxeidze debüt filmləri «Maqdanın eşşəyi» ilə gürcü kinematoqrafiyasında yeni mərhələnin açılışını etdilər. Həmin dövrdə çəkilən filmlər neorealizm estetikasının prinsipləri əsasında qurulurdu. Rejissor R.Çxeidzenin müharibə mövzusunda çəkdiyi «Əsgər atası» filmini postsovet məkanında görməyən yoxdur. Bu filmdə aktyor Serqo Zakariadze oynadığı rolla tipik gürcü obrazını yaratmışdı. (Zakariadze bu roluna görə Kann festivalında «ən yaxşı kişi rolu» nominasiyasının qalibi olub). Uzun illər Zakariadzenin qəhrəmanı bütün sovet kinosunda gürcü mənşəli personajlar üçün etalona çevrilmişdi. Hətta müasir dövrümüzdə də rus kinosu bu etalondan istifadə etməkdədir.

Tengiz Abuladze və Otar İoselianinin filmləri isə gürcü kinematoqrafiyasını dünya kino arenasına çıxartdı. İoselianinin, demək olar ki, bütün filmləri tamaşaçılar və kino tənqidçiləri tərəfindən alqışlandı.

1972-ci ildə Rustaveli adına Tbilisi Teatr İnstitutunda kino fakültəsi açılır. Bir müddət sonra isə teatr institutunun adı dəyişdirilib Tbilisi Teatr və Kino İnstitutu adlandırılır.

İstinadlar

Kateqoriya:Gürcüstan rejissorları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:"Lenin" mükafatı laureatları Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:Gürcüstan kinorejissorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Gürcüstan ssenaristləri Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Sov.İKP-dən SSRİ xalq deputatları Kateqoriya:Gürcüstan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:SSRİ xalq deputatları