Aromunlar, valaxlar, kutsovlaxlar və ya çinçarlar (, ) — nümayəndələrinin mütləq əksəriyyəti Balkan yarımadasında yaşayan roman dilli xalq. Aromun qeyri-hökumət təşkilatlarının hesablamalarına əsasən XX əsrin başlanğıcında Balkan yarımadasında təxminən 200.000 etnik aromun yaşayırdı.Jeffrey E. Cole. Ethnic Groups of Europe: an Encyclopedia, Santa Barbara, California, USA. Published by ABC-CLIO in 2011, page 16

Məskunlaşma

Yunanıstanda

300px|thumb|left|Aromun və Meqlen dillərində danışanların məskunalşma xəritəsi Ən çoxsaylı aromun toplumu Yunanıstanda yaşamaqdadır. Bu ölkədə yaşayan etnik aromunların sayı haqqında məlumatlar Yunanıstan dövlətinin 1951-ci ildən sonra bu ölkədə keçirilən əhalinin sayımlarının yekunlarını açıqlamaması səbəbindən yalnız müəyyən təxminlərə əsaslanır. Müxtəlif təxminlərə əsasən bu ölkədəki aromunların sayı 50.0001995-ci ildə edilən təxmin, bax: Colin Baker & Sylvia Prys Jones. Encyclopedia of bilingualism and bilingual education. Clevedon, Avon, UK: Multilingual Matters, 1998. Distrib. in the US by Taylor & Francis, Philadelphia., page 414-dən 300.000Ethnologia Balkanica Journal for Southeast European Anthropology, Volume 6, Prof. Marin Drinov Academic Publishing House, Sofia Waxmann Verlag, Münster, New York, 2002. Contents: Thede Kahl, Münster. The Ethnicity of Aromanians after 1990: the Identity of a Minority that Behaves like a Majority, page 153-ə qədərdir.Ancaq bəzi mənbələr Yunanıstandakı etnik aromunların sayının 600.000 (2003-cü ildə edilən təxmin, bax: Aromanians in Greece: Minority or Vlach-speaking Greeks? by Thede Kahl. First published in Minorities in Greece — historical issues and new perspectives. Jahrbücher für Geschichte und Kultur Südosteuropas (History and Culture of South Eastern Europe), Vol. 5. (2003). Publ. by Slavica Verlag, Dr. Anton Kovac, München (Munich) 2004, pages 205–219 ) və ya 700.000 nəfər (2007-ci ildə edilən təxmin, bax: Aromanian language by Ethnologue: Languages of the World, Seventeenth edition ) olduqlarını iddia edirlər. 7 aprel 1951-ci il siyahıyaalınmasına əsasən Yunanıstanda ana dili olaraq arumın dilində danışanların sayı 39.855 nəfər idi. Yunan dövlətinin rəsmi mövqeyinə əsasən Yunanıstanda yalnız dini azlıqlar mövcuddur, etnik azlıqlar isə yoxdur. Beləliklə aromunların etnik azlıq statusu yoxdur.

Albaniyada

Qeyri-rəsmi təxminlərə əsasən ikinci ən çox aromun yaşayan ölkə Albaniyadır və müxtəlif təxminlərə əsasən bu ölkədəki aromunların sayı 10.000Hellenica, Information about Greece and Cyprus, Michael Lahanas website : Aromanians + Vlachs -dən 200.000Arno Tanner. The forgotten minorities of Eastern Europe : the history and today of selected ethnic groups in five countries. Helsinki : East-West Books, 2004, page 209-ə qədərdir.Ancaq bəzi mənbələr Albaniyadakı etnik aromunların sayının 200.000 nəfər (1993-cü ildə edilən təxmin, bax: The Albanian Aromanians´ Awakening: Identity Politics and Conflicts in Post-Communist Albania by Stephanie Schwandner-Sievers ) və ya 400.000 nəfər (bax: Aromanian language by Ethnologue: Languages of the World, Seventeenth edition ) olduqlarını iddia edirlər. 1 oktyabr 2011-ci il siyahıyaalınmasının rəsmi yekunlarına əsasən Albaniyada yaşayan etnik aromunların sayı 8.266 nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 3.848 nəfərdir.

Rumıniyada

Qeyri-rəsmi təxminlərə əsasən Rumıniyada yaşayan aromunların sayı 25.000–50.000 nəfərdir. Rəsmi olaraq Rumıniyada 1930, 1956, 1966, 1977, 1992, 2002 və 2011-ci illərdə əhalinin siyahıyaalınması gerçəkləşmişdir. Bu sayımlardan yalnız ikisində, 1977-ci və 1992-ci ildə aromunlar rumınlardan ayrı bir etnik qrup olaraq qeydə alınmışdırlar. 1977-ci ildə həyata keçirilmiş siyahıyaalınmanın yekunlarına əsasən Rumıniyada yaşayan etnik aromunların sayı 982 nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 759 nəfər idi. 1992-ci ildə isə əhali sayımının rəsmi yekunlarına əsasən etnik arumunların sayı 21.736 nəfər olsa da bütün aromunların ana dili rumın dili olaraq göstərilmişdir.

Serbiyada

1–15 oktyabr 2011-ci il siyahıyaalınmasına əsasən Serbiyada 35.573 nəfər etnik aromun yaşayır. Qeyri-rəsmi təxminlərə əsasən isə bu ölkədə təxminən 40.000 nəfər aromun mövcuddur.

Makedoniyada

200px|thumb|right|2002-ci il sayımına əsasən Makedoniyanın etnik xəritəsi Makedoniyada aromunlar rəsmən valax adlanırlar. Qeyri-rəsmi təxminlərə əsasən bu ölkədə təxminən 20.000-50.0001993-cü ildə edilən təxmin, bax: UNESCO Red Book on Endangered Languages: Europe—>Aromunian and Meglenitic , Tapani Salminen (Lecturer in Finno-Ugrian Language Studies, University of Helsinki), Helsinki, 1993 nəfər etnik aromun yaşayır. 1994-cü ildə gerçəkləşmiş rəsmi siyahıyaalınmanın yekunlarına əsasən Makedoniyada etnik aromunların sayı 8.601Population statistics of Eastern Europe : Macedonia: Ethnic composition by 1994 census nəfər, ana dili olaraq aromun dilində danışanların sayı isə 7.036 nəfər olmuşdur. Etnik aromunlar Makedoniyada əhalinin siyahıyaalınma illəri 1948-ci il 1953-cü il 1961-ci il 1971-ci il 1981-ci il 1991-ci il 1994-cü il 2002-ci il Sayı 9 511 8 668 8 046 7 190 6 392 7 764 8 601The Forgotten Minorities of Eastern Europe: The History and Today of selected ethnic groups in five countries, edited by Arno Tanner, published by East-West Books, Helsinki, Finland, 2004, page 207, 218 9 695

Bolqarıstanda

İstinadlar

Kateqoriya:Yunanıstanda yaşayan etnik qruplar Kateqoriya:Bolqarıstanda yaşayan etnik qruplar Kateqoriya:Şimali Makedoniyada yaşayan etnik qruplar Kateqoriya:Etnik azlıqlar Kateqoriya:Beynəlxalq sərhədlərlə bölünmüş etnik qruplar