Aleksandr zalı () - Sankt-Peterburqdakı Qış sarayının cənub-şərq hissəsində yerləşən parad zalıdır.
Tarixi
Aleksandr zalı XIX əsrin 30-40-cı illərində Aleksandr Brüllov tərəfindən (məşhur rəssam Karl Brüllovun qardaşı) inşa edilmişdir. Memarın layihəsinə əsasən bu zal imperator I Aleksandrın xatirəsini əbədiləşdirməli idi. Bu memar həm də, Aleksandr zalından sonra gələn Neva enfiladasına daxil olan zalların müəllifidir. Hazırda həmin zallarda Ermitajın fransız rəssamlığı kolleksiyaları nümayiş etdirilir.
Memarlıq xüsusiyyətləri
Zal qotikləşdirilmiş klassisizm üslubunda inşa edilmişdir. Zalın divarları müəllifi memar Fyodor Tolstoy olan və rusların fransızlar üzərində qələbəsinə həsr edilmiş iyirmi dörd medalyonla bəzədilmişdir.
İstinadlar
Ədəbiyyat
History of the Hermitage retrieved 1 November 2008
Kateqoriya:Qış sarayı