VBC Casalmaggiore — Seriya A1-də mübarizə aparan İtaliya qadın voleybol klubu.
Tarixi VBC Casalmaggiore 2008-ci ildə yaradılmışdır. İtaliya Voleybol Federasiyası kluba lazımi lisenziyanı təqdim edərək onun 2008-09 mövsümündən etibarən Seriya B2-də mübarizə aparmasına izin vermişdi.
Bundan sonra Casalmaggiore sözü gedən liqada səkkizinci yeri tutmuşdu. Ancaq 2009-10 mövsümündə komanda süpriz çempionluq yaşayaraq bir üst liqaya yüksəlmişdi. Bu liqada da debütdəcə gələn ikincilik onun 2011-12 mövsümündə Seriya A2-də mübarizə aparmasına şərait yaratmışdı.
İki mövsümü də ikinci liqa da keçirən Casalmaggiore nəhayət 2013-14 mövsümündə istəyinə nail ola bilmişdi. Belə ki, komanda tarixində ilk dəfə olaraq əsas liqada — "Seriya A1" elitasında iştirak hüququ qazanmışdı. Bu liqada da komandanın debütü elə də uğursuz alınmadı. Liqanın normal sezonunda ilk yeddiyə girən klub pley-offa yüksələ bilmişdi. Bu mərhələdə isə onların qarşısını güclü İmoko Volley Konegliano kəsmişdi. Üç matçlıq seriyada iki dəfə "3-0" hesabı ilə qələbə qazanan koneglianolular yarımfinala yüksələ bilmişdi.A1 F.: Quarti2. Conegliano passa, 3-0 a Casalmaggiore
2013-14 mövsümü Casalmaggiorenin voleybolçuları üçündə uğurlu alındı. Komandanın yeni transferləri Valentina Zaqo və Yovana Stevanoviç çempionatın ən yaxşıları sırasına adlarını yazdıra bilmişdilər. Onlardan müvafiq olaraq Zaqo 42, Yovana isə 64 xal (səsvermə xalları) toplayaraq bu uğura imza atmışdılar.Stagione_2013-14
Heyəti 2013-14 mövsümü üçünKomandanın heyəti Baş məşqçi : Alessandro Beltrami Köməkçi məşqçi : Giorgio Bolzoni NömrəOyunçunun adıMövqeyiÖlkəsi1Lusia BaççiHücumçu2Taismary AgüeroDiaqonal3Rossella Olivotto Blokçu5Immacolata Sirressi Libero6Alessia GennariHücumçu7Geraldina Quiligotti Libero8Florencia Aguirre Blokçu9Beatrice AgrifoglioToppaylayıcı11Tina Lipicer Hücumçu12Letizia CameraToppaylayıcı13Valentina ZagoDiaqonal15Yovana StevanoviçBlokçu16Giuliana GraziettiHücumçu
Mənbə Volleyball Casalmaggiore Fatti-su.it İtaliya voleybol statistikaları portalı
İstinadlar
Xarici keçidlər Rəsmi Sayt
Kateqoriya:İtaliya voleybol klubları Kateqoriya:2008-ci ildə yarananlar Kateqoriya:Əlifba sırasına görə voleybol klubları