Babagil — Azərbaycan Respublikasının Lerik rayonunun Noda kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisi 289 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimiyası Kəndin adı 1508-ci ilə aid edilən Babagil türbəsinin adındandır. Qədim adı Asnaqaran/Əsnəkəran (talış. "dəmirçilər") olmuşdur. Babagil türbəsi Səfəvilərin gilanlı müridlərindən birinə mənsub olmuş, sonralar zaviyəyə çevrilmişdir. Türbə sahibinin nəvəsi Babagilli Əmir Şahsevər Kəskəri Səfəvilərin tanınmış sərkərdələrindən olmuş, 1578-ci ildə talış hakimi Bayandır xanın fərmanı ilə Xorasanda baş verən iğtişaşı yatırarkən döyüş zamanı öldürülmüşdür.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
Həmçinin bax Barzavu Bibiyani Biləvər
İstinadlar
Kateqoriya:Lerik rayonunun kəndləri