Əhədulla Muxtar oğlu Qənbərov () — Azərbaycan şairi, tərcüməçi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Erkən yaşdan ədəbi yaradıcılığa, poeziyaya meyillənib. Əsərləri dövri mətbuatda 1950-ci illərin sonlarından işıq üzü görməyə başlayıb. “Şəfəq seli” (1969), “And iç” (1977), “Salam, insanlar!” (1979), “Qönçələr açılır” (1983), “Doğmalıq” (1985), “Dünya yaman dünyadır” (1989) adlı şeir kitabları çap olunub. “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri (1967-1979), məsul katib (1979-1998) vəzifələrində çalışıb. Boleslav Prusun “Firon”, Georgi Markovun “Sibir” (Yasif Nəsirli ilə birgə), Çingiz Abdullayevin “Əclafların qanunu” romanı kimi məşhur əsərləri Azərbaycan dilinə tərcümə edib.

Həyatı Əhəd Muxtar 1937-ci ildə Astara rayonunun Kakalos kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. İlk kitabı "Şəfəq seli" 1969-cu ildə çap olunub. Sonralar "And iç", "Salam insanlar!", "Qönçələr açılır", "Doğmalıq", "Dünya yaman dünyadı" və başqa şeir kitablarının müəllifidir. Azərbaycan dili ilə yanaşı talış dilində şeirlər yazıb. 1997-ci ildə talış dilində yazılmış şeirlərdən ibarət "Çımı Dıli Ğısmətiş" adlı kitabı nəşr olunub. Əhəd Muxtar Boleslav Prusun "Firon" romanını, Georgi Markovun "Sibir" romanını (Yasif Nəsirli ilə birgə), Çingiz Abdullayevin "Əclafların qanunu" romanını ruscadan Azərbaycan dilinə çevirib. Dəfələrlə Orta Asiyada olub. Türkmən yazıçısı Təşli Qurbanovun “Sarı gül” povestini Azərbaycan dilinə çevirib. Özbək, qırğız, qazax, türkmən şairlərinin çox sayda şeir və poemalarını Azərbaycan oxucularına çatdırıb. Onun özbək şairlərindən çevirdiyi şeir və poemaların həcmi 11 min misradan artıqdır. Həmin tərcümələrin bir hissəsi ayrıca kitab şəklində çap olunub: Normurad Nərzullayev, “Məhəbbətdən doğulmuşam” (Gənclik, Bakı, 1979); Həmid Alimcan, “Sən doğulan gün” (Yazıçı, 1989). Özbək ədəbiyyatının görkəmli simalarından olan Mir Temir, Şöhrət, Abdulla Aripov, Zülfiyyə, Qafur Qulam, Uyğun, Şükrulladan da xeyli tərcümələr edib. Türk xalqlarından tərcümələri arasında tatar şairlərindən çevirmələr də var

Özbəkistanın tanınan şairlərindən olan Camal Kamalı da Azərbaycan dilinə ən çox Əhəd Muxtar tərcümə edib. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə C.Kamalın 1989-cu ildə Bakıda nəşr olunan “Günəş çeşməsi” adlı kitabına önsözdə yazır: . Əhəd Muxatrın 70 illiyi ilə bağlı çapdan çıxan xüsusi nəşrdə (“Oğuz eli” qəzetinin “Yazıçı” buraxılışı) C.Kamalın da qələm dostu haqqda bir xatirəsi yer alıb:

Yazıçı-publisist Hacı Ağəddin Mansurzadə öz xatirələrindən ibarət “Özbəkistanda nəyim qaldı” kitabında təxminən 30 il qabaq Ə.Muxtardan aldığı bir müsahibəyə də yer verib:

Əhəd Muxtarın öz şeirləri də özbək dilinə çevrilib, Özbəkistanın “Ulduz”, “Gülüstan”, “Sovet Özbəkistanı”, “Buxara həqiqəti” kimi jurnal və qəzetlərində dərc edilib. Onun şeirlərini özbək dilinə Normurad Nərzullayev, Safo Oçil və İxtiyar Rza çevirib. Əslən azərbaycanlı olan və özbəklərin böyük dəyər verdikləri şair İxtiyar Rza ilə Əhəd Muxtarı sıx dostluq telləri bağlayıb. İxtiyar Rzanın da iki xalq və onların ədəbiyyatları arasında əlaqələrin qurulmasında, Azərbaycan şair və yazıçılarının Özbəkistanda təbliğində böyük xidməti var.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Talış şairlər Kateqoriya:Talış dilində yazan şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Talış tərcüməçilər Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər