Baykal qoruğu ()— 26 sentyabr, 1969-cu ildə keçmiş RSFSR nazirlər kabinetinin №571 qərarına əsasən Buryatiya MSSR tərkibində təsis edilmiş, 165 724 hektar əraziyə malik, Rusiya Federasiyasının Buryat ərazisində Baykal Dövlət Təbiət Qoruğu
Məlumat
Baykal qoruğu BTMİ kateqoriyasına görə çiddi qorunan təbiət qoruğudur. Qoruq Baykal gölünün cənub sahili terraslarında və Hamar-Daban silsiləsinin (hünd. 2316 m-ədək) mərkəzi hissəsindədir. Qoruq Buryatiya Respublikasının üç: Kabanskiy, Cidinskiy və Selenginskiy rayonlarının inzibati ərazilərinə daxildir. Təbii dağ-tayqa kompleksini (küknar, sidr, ağşam, şam, qaraşam və s.) qorumaq və öyrənmək məqsədilə 1969-cu ildə yaradılmışdır. 1986-cı ildən biosfer qoruğudur. Florasında 1700-dən çox bitki növü, o cümlədən borulu bitkilərin təqribən 840 növü; 540-dan çox şibyə növü (təqr. 50-si nadir növlərdir) var. Faunası Cənubi Sibir dağları üçün səciyyəvidir. Əsasən, samur, qonur ayı, Sibir porsuğu, tülkü, maral, dələ, burunduk, vaşaq, şimal maralı, sığın, qaban yayılmışdır; cüyür və Amerika su samuruna rast gəlinir. Baykal qoruğunda 250-dən çox quş növü (Sibir xoruzu, qarabağır, zığ-zığ, kəklik və s., nadir növlərdən çay qaranquşu, dəniz qartalı), 12 balıq növü (xarius, alabalıq, çömçəbalığı, durnabalığı və s.) var. 1996-cı ildən Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Həmçinin bax Donana Milli Parkı Simien Milli Parkı
Xarici keçidlər Official Website, Baikal Zapovednik
İstinadlar
Kateqoriya:1969-cu ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Rusiya qoruqları