II İvan Asen — İkinci Bolqarıstan imperiyasının V imperatoru (1218–1241), I İvan Asenin oğlu.
İlkin hakimiyyəti 1207-ci ildə Qaliç-Volin knyazlığına qaçmış, 1218-ci ildə onların köməyi ilə hakimiyyəti əlinə almışdı. İvanın ilk siyasəti müttəfiqlər qazanmaq olmuşdu. Belə ki, qızı Mariyanı Epir despotluğunun hökmdarı Teodorun qardaşı Manuel Dukasla evləndirmiş, özü də Macarıstan kralı II Andraşın qızı Anna Mariya Arpad ilə evlənmişdi.
Epirlə münasibətlər 1228-ci ildə Latın imperatoru I Robertin ölümündən sonra taxta çıxmış əyanlar II Bolduinin qəyyumu olaraq II İvan Aseni düşünürdülər. Bu arada imperiyanın torpaqlarını işğala başlayan Teodor 1230-cu ildə Bolqarıstana müharibə elan etmişdi. Döyüşə pozulan müqavilənin mətni ilə gələn Çar İvan, Teodoru ağır məğlubiyyətə uğratmış, torpaqlarını ələ keçirmiş, beləliklə Adriatik dənizi sahillərinəcən sərhədləri genişləndirmişdi. Epirin qalan torpaqları isə Manuel Dukasa verilmişdi.
Serbiya və Nikeya ilə münasibətlər 1231-ci ildə yerli əyanlar Latın imperiyasının qəyyum olaraq Qüds krallığının keçmiş hökmdarı İohann de Brieni seçmişdilər. Bu İvanı qəzəbləndirmiş, Nikeya imperiyası ilə ittifaq qurulmasına təkan vermişdi. 1234-cü ildə öz kürəkəni I Stefan Vladislavı Serbiya taxtına çıxartmışdı.
Macar istilası və Latın imperiyası ilə münasibətlər Nikeya ilə ittifaq katolik dövlətləri qəzəbləndirmiş, 1232-ci ildə Macarıstan orduları Bolqarıstana girmiş, Sofiyanı işğal etsə də, çarın qardaşı Aleksandr Asen tərəfindən məğlub edilmişdilər. 1233-cü ildə yenidən Valaxiyaya gələn macar ordularının başında şahzadə Bela Arpad dururdu. Macarlar Valaxiyanı 1240-cı iləcən əllərində saxlamışdılar. 1235-ci ildə İvanın qızı Yelena Nikeya şahzadəsi II Teodor Laskarislə evlənmiş, müttəfiqlik gücləndirilmişdi. 1237-ci ildə yenidən Latın imperiyası ilə müttəfiqliyə nail olub, qızını imperatorla evləndirmək istəyən çar bu dəfə Teodora ərə verdiyi qızını özü qaçırdıb Nikeyaya müharibə elan etmişdi. Lakin həmin il həm həyat yoldaşının, həm bir övladının həm də Tarnovo patriarxının ölümünü bir cəza kimi görmüş, müharibəni dayandırıb qızını geri göndərmişdi. left|thumb|II İvan Asen dövründə Bolqarıstan sərhədləri
Hakimiyyətinin son dövrləri 1237-ci ildə Epir despotu Teodorun qızı İrene Komnene Dukayana ilə evlənmiş, bu evliliyin nəticəsində Teodor həbsdən buraxılmış, o da qardaşı Manueli devirmişdi. 1241-ci ildə Batı xanın Macarıstanı işğalından geriyə dönərkən ona hücum edən İvan həmin ilin 24 iyununda vəfat etdi.
Ailəsi İvan Asen 3 dəfə evlənmişdir: Kuman Anna ilə evliliyindən: thumb|İvan Asenin gerbi Mariya Asenina — Manuel Dukasla evlənmişdir. Beloslava Asen — I Stefan Vladislavla evlənmişdir. Anna Mariya Arpadla evliliyindən: Yelena Asen — Nikeya imperatoru II Teodor Laskarislə evlənmişdir. Tamar Asenina I Kalman Pyotr Asen — 1237-ci ildə vəfat etdi. İrene Komnene Dukayana ilə evliliyindən: Anna Teodora Asenina Mariya Asenina — Mitso Asenlə evlənmişdi. I Mixail Asen
Mənbələr
Kateqoriya:Bolqarlar Kateqoriya:Hökmdarlar