Tonyukuk (çincə - Aşide Yuançjen 阿史德元珍) — Göytürk xaqanlığında fəaliyyətdə olmuş dövlət xadimi. Aşide sülaləsindəndir. İltəriş xaqan, İnel xaqan, Qapağan xaqan və Bilgə xaqanın vəziri olmuşdur.
Həyatı 646-cı ildə, Çin hakimiyyətində, Tuul çayının sahilində doğulmuşdur. 679-cu ildə Aşina Qutluğa qarşı üsyankar davransa da 681-ci ildə onun tərəfinə keçdi və Göytürk xaqanlığının yenidən qurulmasına başladı. 682-ci ildə Çin sərkərdəsi Hsüe Cenkueyə (薛仁贵) məğlub olsa da, dövləti yenidən qura bildi.Tan kitabı, cild 111. 687-ci ildə yeni 3 illik Çin imperatoru Juyçzun (唐睿宗) hələ gənc idi, dövləti faktiki olaraq anası Vu Zetian idarə edirdi. Bundan istifadə edən Tonyukuk Çinə hücuma keçdi, lakin o Çin ordusunda xidmət edən Bekçeli sərkərdə Houçi Sanqçi (흑치상지) və çinli Li Duoçunun ordusuna Xuanqxuayduy yaxınlıqlarında məğlub oldu.
4 xaqana xidmət etmiş Tonyukuk həmçinin Tonyukuk abidəsinin müəllifidir. 726 və ya 731-ci ildə 85-86 yaşında vəfat etmişdir.Tonyukuk abidəsi
Ailəsi Qızı İl Etmiş Bilgə xatun Bilgə xaqanla evlənmişdir. Bu baxımdan Yollıq xaqanın və Bilgə Qutluq xaqanın babasıdır.
İstinadlar
Kateqoriya:Dövlət xadimləri Kateqoriya:Göytürk xaqanlığı