Niaqara çayı — Şimali Amerikada, ABŞ-la Kanada arasında çay. Eri və Ontario göllərini birləşdirməklə yanaşı ABŞ-Kanada sərhəddini təşkil edir. Eri gölündən başlanır. Uzunluğu 54 km, hövzəsinin sahəsi 665 min km²-dir. Orta axınında Niaqara şəlaləsini əmələ gətirir. Buffalo və Niaqara-Fols şəhərləri Niaqara çayı sahilindədir.
Mənbə ASE, VII cild, Bakı, 1983-cü il, səhifə 236.
İstinadlar
Kateqoriya:ABŞ çayları Kateqoriya:Kanada çayları Kateqoriya:Nyu-York ştatının çayları Kateqoriya:Sərhəd çayları Kateqoriya:Şimali Amerikanın beynəlxalq çayları Kateqoriya:Böyük göllər