Elmira İsmayılova (tam adı: Elmira Məhərrəm qızı İsmayılova; ) — Azərbaycanın tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007).
Həyatı E. İsmayılova İrəvanda ziyalı ailəsində anadan olub. 1968-ci ildə Ermənistan Respublikasının X. Abovyan adına Pedaqoji İnstitutunu bitirmişdir. Elə həmin ildən etibarən o, C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyir.
E. İsmayılova aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox müxtəlif janrlı obrazlar yaratmışdır. Onun Humay (S. Rəhman, "Əliqulu evlənir"), Afət (M. Şamxalov "Qaynana"), Qrafinya (U. Şekspir, "Axırı xeyir olsun"), Dilarə (Anar, "Şəhərin yay günləri"), Dilbər xanım (N. Vəzirov, "Hacı Qəmbər"), Oqudalova (A. Ostrovski "Cehizsiz qız"), Smeraldina (K. Qoldoni, "İki ağanın bir nökəri"), Böyükxanım (C. Cabbarlı, "Aydın"), Xala (Ü. Hacıbəyov, "Arşın mal alan"), Nazik (S. Rəhman, "Ulduz") və s. rolları tamaşaçı rəğbətini qazanmışdır. E. İsmayılova "Ömürdən uzun gecə" (Hidayət), "Əkizlərin nağılı" (P. Pançev) kimi televiziya filmlərində çəkilmişdir.
Mükafatları Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.11.1978C. Cabbarlı adına Yerevan Dövlət Azərbaycan Dram Teatrı yaradıcı işçilərinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 noyabr 1978-ci il tarixli Fərmanı — anl.az saytı "Əməkdar artist" fəxri adı — 25 oktyabr 2000-ci il "Xalq Artisti" fəxri adı — 16 oktyabr 2007-ci il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 2006-cı il, 2007-ci il, 2008-ci il "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqının medalı) (2021)
Teatr səhnəsindəki rolları
Teatrın İrəvandakı fəaliyyəti dövründə
Teatrın Bakıdakı fəaliyyəti dövründə Fena ("Mənim qayınanam", Georgi Xuqayev) Ana ("Didərginlər", Zəlimxan Yaqub) Sənəm ("Allah onlara rəhmət eləsin", Süleyman Rəşidi) Gülnar ("Abbasqulu bəy Şadlınski", İnqilab Vəlizadə) Mehriban ("Məhəbbət yaşayır hələ", Hidayət) Harayxanım ("Durnalar qayıdanada", Hidayət) Ballı ("Sehrli alma", Şahin Cəbrayılov)
Ailəsi Teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Vidadi Əliyev (həyat yoldaşı) Televiziya prodüseri, rejissor, aktyor, Azərbaycanın əməkdar mədəniyyət işçisi Oqtay Əliyev (oğlu) Televiziya xadimi, teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli (oğlu) Teatr və kino aktrisası, teleaparıcı Dilarə Əliyeva (gəlini)
Filmoqrafiya Ömürdən uzun gecə (film, 1996) Bəsdir, ağlama! (film, 1999) Bir anın həqiqəti (film, 2003) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Dilarə xanım)
İstinadlar
Xarici keçidlər http://www.kino-teatr.ru/teatr/acter/sov/380076/bio/ http://publika.az/p/114615 http://wap.525.az/?name=wapxeber&news_id=46905 http://www.xalqqazeti.com/az/news/culture/32385 http://www.gun.az/xeber-bu-gun-azerbaycanin-5-meshur-sexsinin-dogum-gunudur-t179717.html#.Vz9g8LiLQdU http://www.anl.az/down/meqale/medeniyyet/2015/dekabr/465992.htm http://azertag.az/xeber/QASTROL_BASA_CHATDI-293518 http://azadqadin.az/qadin/qadinveproblemler/26303-qayinanasi-dilareden-danishdi-istemirem-oglum-pis-olsun-fotolar.html Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycanlı aktrisalar Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar