thumb|260px|Anna Netrebkoya Rusiya Federasiyasının xalq artisti adının verilməsi. (2008) Netrebko Anna Yuriyevna (; d. 18 sentyabr 1971, Rusiya, Krasnodar) — rus əsilli Avstriya opera müğənnisi, soprano ifaçı, 2008 ci ildən Rusiyanın xalq artisti. Müğənni ikili vətəndaşlığa malikdir. 2006-cı ildən Avstriya vətəndaşlığı almışdır.
Bioqrafiyası Anna Netrebko 18 sentyabr 1971-ci ildə Rusiyanın Krasnadar şəhərində dünyaya gəlmişdir. Atası, Yuriy Netrebko geoloq anası isə mühəndisdir. Krasnadarda musiqi ilə məşğul olan Anna “Kuban pionerləri” xorunda solist olmuşdur. Ali musiqi təhsilini Sankt-Peterburq konservatoriyasında, professor Tamara Nobiçenkonun sinifində almışdır.
1993-cü ildə Qlinka adına müsabiqənin qalibi olan Anna Marininskiy teatrına dəvət olunur. Burada o, drijor Valeri Gyorgiyevin rəhbərliyi altında geniş repertuarla çıxışlar edir. 1994-cü ildə Riqa operasına dəvət olunan Anna Netrebko “Sehrli fleyta”da “gecə kraliçasının” qızı Paminanı ifa edir. 1995-ci ildə San Fransiskoda “Ruslan və Lyudmila” operası ilə öz debüt çıxışını edir. Qonaq ifaçı kimi karyerasına başlayan Anna Netrebko həm gözəl səsi və xarizması ilə dünya opera səhnələrini və tamaşaçıların ürəyini fəth etməyə başlayır. Ona şöhrət gətirən “Sehrli fleyta”da Pamina, Sevilya bərbərində isə Rozini obrazları olmuşdur.
Anna Netrebko rus operası partiyalarının uğurlu ifaçısı kimi də tanınmağa başlamış, belə ki, o, “Ruslan və Lyudmila”da Lyudmila, “Hərb və Sülh”də Nataşa Rastovanın, “Manastırda nişan”da Luiza, “Çar gəlini”ndə Prokofyeva və Marfa obrazlarını və partiyalarını məharətlə ifa etmişdir. İtalyan repertuarından Verdinin “Riqolettosunda” ona xarakterik olmayan belkanto stilində Cildanın romantik rolunu, Puççininin “Bohema”sında Mimini, “Kapuletti və Montekki”də Culiyetta obraz və partiyalarını uğurla ifa etmişdir.
2002-ci ildə Metropoliten operasında Netrebkonun “Hərb və Sülh” operasında Nataşa Rastova obrazı ilə debüt çıxışı olur. Elə həmin il o, Zaltsburq festival çərçivəsində un rəhbərliyində tamaşaya qoyulmuş Motsartın “Don Juan” operasında Donna Anna rolunda məharətlə çıxış edir.
2003-cü ildə Anna Netrebko Münhendə tamaşaya qoyulan Verdinin “Traviatasında” Violetta roluna dəvət olunur.
27 fevral 2014 cü ildə Roma Opera Teatrında () Cakomo Puççininin “Manon Lesko” (“”) operasının nümayişi anşlaqla keçib. Operada azərbaycanlı tenor Yusif Eyvazov kavaler de Qrie (Des Grieux) partiyasını, Anna isə Manon Lesko partiyasını ifa edibsia.az. Şəxsı həyatı 2007-ci ildə Anna birinci əri bariton Simone Albercinidən boşanır. 2007-2013-cü illərdə Anna Netrebko uruqvaylı bariton Şrott Ervin ilə nişanlanmış olur, 5 sentyabr 2008-ci ildə Vyanada onların Tyaqo Arua adlı bir oğlu dünyaya gəlir. Altı illik münasibətdən sonra Anna 2013-cü ilin noyabrında Ervindən ayrılır.
2013-cü ildə Netrebko rus televiziyasında gedən "Pus't qovoryat" (“Qoy danışsınlar”) verlişində açıqlama verərək bildirmişdir ki, həkimlər onun oğluna Autizm xəstəliyinin yüngül forması diaqnozunu qoymuşlar[ Netrebko will über Autismus aufklären ]. Anna Netrebkonun gəliri 3,75 milyon təşkil edir. Sopranonun bir çıxışı 50 000 dollardır. Anna Netrebko 2014 Qış Olimpiya Oyunlarının açılış mərasimində himni canlı ifa etmişdir. Opera divası Anna Netrebko tərəf müqabili tenor Yusif Eyvazovla birlikdə olub. 2024-cü ilin iyun ayında ayrıldıqlarını lakin yenə də birlikdə çıxış edəcəklərini açıqladılar.
Repertuarı Obrazlar Bəstəkarlar Operalar Adina Donizetti L'elisir d'amore Amina Bellini La sonnambula Anna Bolena Donizetti Anna Bolena Antonia Offenbax Les contes d'Hoffmann Dezdemona Cüzeppe Verdi Otello Donna Anna Volfqanq Amadey Motsart Don Covanni Elvira Bellini I puritani Cilda Cüzeppe Verdi Riqoletto Covanna Cüzeppe Verdi Giovanna d'Arco Cülyetta Bellini I Capuleti e i Montecchi Cülyetta Qounod Romo və Cülyetta Gecə kraliçası Volfqanq Amadey Motsart Sehrli fleyta Ladi Maqbe Cüzeppe Verdi Maqbet Leonora Cüzeppe Verdi Il trovatore Luiza Prokofyev Betrothal in a Monastery Lusia Donizetti Lucia di Lammermoor Lyudmila Mixail Qlinka Ruslan və Lyudmila Manon Massenet Manon Manon Cakomo Puççini Manon Lesko Marfa Rimski-Korsakov The Tsar's Bride Mimi Cakomo Puççini Bohema Muzetta Cakomo Puççini Bohema Nataşa Prokofyev Hərb və Sülh Norina Donizetti Don Pasquale Pamina Volfqanq Amadey Motsart Sehrli fleyta Rosina Coakkino Rossini Sevilya bərbəri Servilia Volfqanq Amadey Motsart La clemenza di Tito Suzanna Volfqanq Amadey Motsart Fiqaro evlənir Tatyana Pyotr Çaykovski Yevgeni Onegin Violetta Cüzeppe Verdi Traviata Ksenya Mussorqsky Boris Qodunov Çerlina Volfqanq Amadey Motsart Don Covanni
27 fevral 2014 cü ildə Roma Opera Teatrında () Cakomo Puççininin “Manon Lesko” (“”) operasının nümayişi anşlaqla keçib. Operada azərbaycanlı tenor Yusif Eyvazov kavaler de Grie (Des Grieux) partiyasını, rusiyalı soprano Anna Netrebko isə Manon Lesko partiyasını ifa edib.
Haqqında Tənqidçilər Anna Netrebkonu “Operanın Sindi Kroufordu” adlandırırlar, “o, elə bir müğənnidir ki, tamaşaçılar ona gözləri ilə qulaq asırlar”. Münchner Merkur: “Anna Netrebko, hal-hazırda dünya səviyyəsində yeganə opera superstarıdır”. Opera News: “Dünyada mütləq diva ...”( ). Kurier: “Səadət dolu bir opera gecəsi üçün eyforik bayram”.
Təltiflər 1993: Qlinka adına Musiqi Müsabiqəsinin qalibi. 2004: Exo Klassik — ilin ən yaxşı müğənnisi. 2004: – ilin ən yaxşı klassik sənətçisi. 2005: Rusiya Dövlət Mükafatı. 2005: İki dəfə Exo Klassik — ilin ən yaxşı müğənni və bestselleri. (Sempre Libera) 2006: Bambi — klassik kateqoriyası üzrə 2007: (“Qızıl qələm”) 2007: Exo Klassik — ilin bestselleri. (Rusiya Albomu) DVD (Berlin 2006) 2008: Rusiyanın xalq artistiОперная певица Анна Нетребко стала Народной артисткой России , RIA Novosti, 27 fevral 2008 2009: Exo Klassik — ilin ən yaxşı opera artisti.
İstinadlar
Xarici keçidlər
A Diva Who Breaks the Divadom Rules, The New York Times, 27 dekabr 2006 „Anna Netrebko – der russische Opernstar“, RusslandJournal.de Die FAZ über das Phänomen Netrebko
Kateqoriya:Avstriya müğənniləri Kateqoriya:Opera ifaçıları Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:"Qızıl maska" mükafatı laureatları Kateqoriya:Rusiya Federasiyasının xalq artistləri Kateqoriya:Soprano