İv Sen Loran () 2014-cü ildə, Cəlil Lespertin rejissorluğu, Jak Fieşi, Ceremi Gez və Mari-Pyer Hasterin həmmüəllifliyi ilə çəkilmiş fransız bioqrafiya filmi. Filmdə ikonik dizayner İv San Loranın 1958-ci ildən sonrakı həyatından bəhs olunur. Filmdə Pyer Niney, Gilyom Qalen, Şarlotta Le-Bon, Laura Smet, Mari de Vilpen, Ksavye Lafit, Nikolay Kinski rol almışdır. Film 64-cü Berlin Beynəlxalq Film Festivalında, yeni bərpa olunmuş Zoo Plast çərçivəsində xüsusi baxışla təqdim olunmuş, təqdimata, filmin çəkiliş heyəti və Pyer Berje qatılmışdır.
Məzmunu
Film İv Sen Loranın 1958-ci ildən sonrakı həyatı haqqındadır. Filmdə İv Sen Loran və onun biznes və həyat partnyoru Pyer Berjenin fransız moda industriyasında fəaliyyətindən, bütün çətinliklərinə baxmayaraq birlikdə qalmalarından və bir-birini sevmələrindən bəhs olunur. Filmdə açıq homoseksual səhnələr də yer alır.
Rollarda
Pyer Niney — İv Sen Loran Gilyom Qalen — Pyer Berje Şarlotta Le-Bon — Viktoriya Dotreleu Laura Smet — Lulu de la Falyez Mari de Vilpen — Betti Katrua Ksavye Lafit — Jak de Başe Nikolay Kinski — Karl Lagerfeld Ruben Alves — Fernando Sánchez Marianna Basler — Lusyeb San Loran Astrid Vetnoll — İvon De Peyerimhoff Anna Alvaro — Mari-Luis Busqet Mişel Qarsiya — Raymonde Zehnaker Patris Tibod — Kristian Dior Amira Kasar — Anna-Mari Munoz Aleksandr Steycer — Jan-Pyer Debord Jan-Eduard Bodziak — Bernard Buffet
İstehalı
2013-cü ilin mart ayında “The Weinstein Company” filmin ABŞ-da distribütorluq haqqlarını əldə etdiyini elan etdi, “Entertainment One” isə Birləşmiş Krallıq, Avstraliya, Beneluks ölkələri və Kanadada distribütorluq haqqını aldı.
Çəkilişlər thumb|left|Rejissor Cəlil Lespert və əsas aktyor Pyer Niney Parisdə filmin premyerasında. Filmin əsas çəkilişləri 2013-cü ilin iyun ayında başlamışdır. Filmin çəkilişlərinin bir hissəsində Berje özü də iştirak edərək, “San Loranın 1976-cı ildəki məşhur Opéra Ballets Russes kolleksiyasının yenidən yaradılması və sərginin keçirildiyi orijinal məkan olan Vestin otelinin (əvvəlki İnterKontinental oteli) düzənlənməsi üçün podium modellərini çəkiliş meydanına cəlb etmişdir." Berjenin fondu film çəkilişləri üçün “arxivdən 77 vintaj gecə geyimini vermiş, həmçinin Lespertə Parisdə, Marso Avenyudakı mənzil-qərargahda çəkiliş etməyə icazə vermişdir."[http://www.wwd.com/eye/people/yves-saint-laurent-biopic-wins-pierre-bergs-approval-7333885?src=nl/wkEye/20140110 | title=Yves Saint Laurent Biopic Wins Pierre Bergé's Approval | publisher=WWD | date=10 January 2014 | accessdate=1 iyul 2014 | author=Diderich, Joelle}} Berje filmi dəyərləndirərkən qeyd edir ki, “Lespertin filmi Lorens Benyamin tərəfindən yazılmış İv San Loranın bioqrafiyasına və dizanynerinin demonlarının göstərilməsi üçün Berje tərəfindən yazılmış “İvə məktublar” kitabındakı xatirələrə” istinad edilmişdir. Berje deyir: “orda bəzi detallar var ki, mənim xoşuma gəlmir, lakin ümumilikdə bu bir əhəmiyyət kəsb eləmir. Çünki, filmi bir bütöv halında qəbul eləmək lazımdı.”
Qəbulu Tənqidçilərin mövqeyi
İv Sen Loran filmi müxtəlif rəylər almışdır. Rotten Tomatoes saytı 50 tənqidçinin rəyinə əsasən filmə 5.4/10 bal və 47% müsbət rəy vermişdir. Metacritic isə altı tənqidçinin rəyinə əsasən filmə 47/100 bal (“qarışıq və ya müsbət” rəyli) vermişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2014-cü ilin filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:Fransızca filmlər Kateqoriya:LGBT filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Ərəbcə filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:Yaponca filmlər Kateqoriya:Dəb dizaynerləri haqqında bioqrafik filmlər Kateqoriya:Fransanın bioqrafik filmləri Kateqoriya:LGBT mövzulu Fransa filmləri Kateqoriya:2010-cu illərin LGBT filmləri Kateqoriya:2014-cü ilin Fransa filmləri Kateqoriya:Gey filmləri Kateqoriya:Bioqrafik əsərlərin ekranlaşdırılması Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:Mərakeşdə çəkilən filmlər Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:The Weinstein Company filmləri Kateqoriya:1970-ci illər haqqında filmlər