thumbnail

Qoruyucu Sərhəd əməliyyatı — 8 iyul 2014-cü ildə İsrail ordusunun Qəzzəyə qarşı başladığı hücum əməliyyatıdır. İsrail ordu spikeri etdiyi şərhdə Qəzzədən İsrailin cənubuna atılan raketləri maneə törətmək məqsədiylə əməliyyat başladıldığını bildirib.

Səbəbi İyunun 12-də Fələstinin Hebron şəhərində 3 israilli yeniyetmə itkin düşür. İsrailin baş naziri Benyamin Netanyahu əsassız olaraq faktla əlaqədar Fələstin rəhbərliyinin məsuliyyət daşıdığını bildirir. İordan çayının Qərb Sahilində yoxa çıxmış üç yəhudi yeniyetmənin axtarışını davam etdirən İsrail qoşunları ilə fələstinlilər arasında toqquşmalar baş verir, fələstinlilər arasında çoxlu sayda həbs olunanlar var. Axtarış səylərini intensivləşdirən İsrail hərbiyyəsi 150 fələstinlinin həbs olunduğunu bildirib. Ramallah məntəqəsi yaxınlığında baş vermiş toqquşmada 19 yaşlı fələstinli gənc həlak olub. Yəhudi yeniyetmələrin oğurlanmasında İsrail Həması təqsirləndirib, lakin Həmas təşkilatı bu ittihamları rədd edir.

Cəsədləri bir neçə gün sonra İordan çayının Qərb Sahilində aşkar edilən yeniyetmələrin dəfn mərasimində on minlərlə insan iştirak edib. Gənclərin üçü də İsrailin Modiin şəhərində dəfn edilib. İsrail hərbi qüvvələri itkin düşən yeniyetmələrin cəsədlərinin tapılmasından sonra onların oğurlanmasında şübhəli bilinən iki nəfərin evində reyd keçirib.Cəsədləri İordan Çayının Qərb Sahilində aşkar edilən yeniyetmələr dəfn edildi Amerikanın Səsi

Qüds şəhərində yəhudilər fələstinli yeniyetməni qaçırıb və daha sonra diri-diri yandırıb. Yeniyetmə ərəbin üç yəhudi gəncin öldürülməsinə cavab olaraq qaçırıldığı bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, naməlum şəxslər gənc oğlanı zorla maşına mindirərək hadisə yerindən sürətlə uzaqlaşıb. Bir neçə saat sonra qaçırılan şəxsin yandırılmış cəsədi şəhərin digər hissəsində tapılıb.

Xronologiyası

7 iyul İyulun 7-də Qəzzədən buraxılan onlarla raket İsrailin cənub ərazilərinə düşüb. İsrailin müdafiə ordusunun rəsmi saytında gün ərzində ölkənin cənubuna Qəzzədən 80 raketin buraxıldığı bildirir. 2014-cü ilin əvvəlindən isə İsrail ərazisi 450 dəfə raket zərbələrinə məruz qalıb. İsrail ərazisinin raket atəşinə tutulmasına görə məsuliyyəti HƏMAS-ın silahlı qanadı "İzzəddin əl-Qəssam" öz üzərinə götürüb. Qüdsdə fələstinli yeniyetmə Məhəmməd əbu-Hideyrin qətlə yetirilməsi İsrail-Fələstin sərhədində vəziyyəti son dərəcə gərginləşdirib. İsrail ordusu ölkənin cənubuna olan hücumlara cavab olaraq iyulun 7-də Qəzzədə yerləşən "HƏMAS" qruplaşmasına qarşı hərbi əməliyyatlara başladığını açıqlamışdı. Eyni zamanda İslami Cihad Hərəkatı İsrailə qarşı "Bunyanun Mersus" adlı hərbi əməliyyata başlayıb.

9 iyul İsrailin Qəzzə zolağına hava zərbəsi endirməsi nəticəsində 51 fələstinli ölüb. Əməliyyat hələlik hava zərbələr şəklində həyata keçirilsə də, ordu tam döyüş vəziyyətinə gətirilib və istənilən an genişmiqyaslı yerüstü hücumun başlanması gözlənilir. Bunun qarşılığında Qəzzə zolağından İsrailin Dimona şəhərinə cəmi üç raket atılıb, heç bir ziyan dəyməyib.

10 iyul Birləşmiş Ərəb Əmirlikləri İsrailin Fələstinə hava zərbələrini kəskin pisləyib. Birləşmiş Ərəb Əmirlikləri Fələstin Dövlətinə 25 milyon dollar həcmində yardım ayırmağa qərar verib. Müvafiq fərman BƏƏ prezidenti şeyx Xəlif bin Zaid əl Nəhayən tərəfindən imzalanıb.

11 iyul HƏMAS lideri, Fələstinin keçmiş baş naziri İsmayıl Həniyənin bacısı oğlu İsrailin hava qüvvələrinin Qəzzəyə endirdiyi hava zərbəsi nəticəsində şəhid olub. İsmayıl Həniyənin bacısı oğlu Nidal əl Maleş Qəzzə şəhərinin Şeyx Raduan rayonuna endirilən hava zərbəsi nəticəsində həlak olan 7 nəfərdən biridir. Həmin günün nəticələrinə əsasən İsrail ordusunun 5 gündür davam edən əməliyyatı zamanı artıq 128 fələstinli həlak olub, 940-dan çox insan yaralanıb. İsrail ordusunun bugünkü zərbələri nəticəsində 22 fələstinlinin öldüyü bildirilir.

Həmas təşkilatı İsrailin bu hücumunlarını cavabsız qoymayıb. Ancaq İsrailə atılan raketlər Tel-Əvivdə havadaykən vurulub. Həmasın hücumu ilə bağlı paytaxtda "Həyəcan siqnalı" verilib. Raketlə vurulması güman edilən yerlərdə əhali sığınacaqlara yerləşib. Amma önləyici tədbirlərə baxmayaraq Həmas İsrailin Aşdod şəhərində yanacaqdoldurma məntəqəsini vurub. Partlayış zamanı 3 nəfər yaralanıb.

12 iyul İyulun 12-də axşam saatlarında İsrail aviasiyası Qəzzənin şərq ətrafında yerləşən məscid və evə zərbə endirib, nəticədə azı 15 fələstinli həlak olub. Hadisə yerinə cəlb olunan təcili yardım həkimləri aralarında qadınlar və uşaqlar da olmaqla 15 meyit aşkarlayıb. İsrail ordusunun 5 gündür davam edən əməliyyatı zamanı artıq 150 fələstinli həlak olub, 1000-dən çox insan yaralanıb.

"Dəmir Günbəz" raketdən müdafiə batareyası 400 min əhalisi olan Təl Əviv şəhəri üzərində Qəzzə zolağından atılan 3 reaktiv raketi vurub. İsrailin raketdən müdafiə sistemi bundan əvvəl də Təl-Əvivə atılan raketləri vura bilib. Təl-Əvivdən başqa hava həyəcanı İsrailin bir neçə şəhərlərində elan olunub. İsrail itkilər və ya dağıntılar barədə məlumatı gizli saxlayır.

13 iyul İsrail ordusunun Qəzzə zolağına hava zərbələri endirməsi nəticəsində iyulun 7-dən bu günə qədər 172 nəfər ölüb, 1267 nəfər yaralanıb. Bu barədə Fələstin Dövlətinin Səhiyyə Nazirliyindən bildirilib. Gecə olan hava hücumları nəticəsində Qəzzənin cənubundakı Han Yunus şəhərində 3, Qəzzənin mərkəzi hissəsində yerləşən Dəyr-el-Belah şəhərində isə 5 mülki şəxs ölüb. 13 iyulda olan hücumlar nəticəsində yaralanan fələstinlilərin sayı 73 nəfərdir. Dəyr-əl-Belah şəhərinə olan hava hücumu nəticəsində bu şəhərdəki "Nur" məscidinin tamamilə dağıldığı, ətrafdakı evlərin də ciddi xəsarət aldığı xəbər verilir.

"HAMAS" isə İnternetdə yayımladığı məlumatda bu gün İsrailin Təl-Əviv, Hayfa, Qüds, Aşkalon və Aşdot şəhərlərini 2 mindən çox mərmi ilə vuracağını bəyan edib. İsrail ordusu artıq qurudan da həmlələrə başlayıb. Ötən gün "HAMAS" silahlı birləşmələri ilə baş verən toqquşmadan sonra axşama doğru quru əməliyyatları dayandırılıb. Toqquşma nəticəsində 4 İsrail hərbçisinin yaralandığı bildirilir.

14 iyul İyulun 14-də Misirin xarici işlər nazirliyi Fələstin-Israil münaqişəsi üzrə müvəqqəti atəşkəs planını irəli sürüb. Həmasla İsrail arasında danışqlar gedir, tərəflər atəşkəsin detallarını müəyyənləşdirirlər. "Atəşkəsə nail olmaq üçün bütün səylər göstərilsə də, hələ ki yekun nəticə əldə edilməyib", Həmas nümayəndəsi qeyd edib. Tərəflər danışıqlarda bir sıra şərtlər irəli sürüblər. İsrail HƏMAS-dan 2012-ci ilin noyabrında imzalanmış atəşkəs müqaviləsinin şərtlərinə əməl etməyi tələb edir. Bundan başqa, rəsmi Təl-Əviv HƏMAS-ın tam tərksilah edilməsini, eləcə də, raketlərin buraxılması üçün tunel və şaxtaların məhvini istəyir. HƏMAS isə "İslami müqavimət hərəkatı"nın bu ilin yayında həbs edilmiş 55 fəalının azadlığa buraxılmasını, Misirlə sərhəddəki Rəfah sərhər keçidinin açılmasını tələb edir. "Əl Cəzirə" telekanalının məlumatına görə, tərəflər Misirin atəşkəs təklifi ilə bağlı prinsipial razılığa gəliblər və bu gündən atəş dayandırıla bilər.

Son məlumata görə, İsrailin Qəzzəyə hücumları nəticəsində ölənlərin sayı 184-ə çatıb. 1385 adamın yaralandığı bildirilir. İsrail tərəfi isə məlumat yayıb ki, Qəzzədən atılan raketlər 3 israillinini yaralanmasına səbəb olub. İsrail ordusu İordan çayının Qərb sahilində 8 fələstinli deputatı həbs edib. Saxlanılanların hamısı HƏMAS təşkilatına bağlı deputatlardır. Həmçinin İsrail hərbçiləri keçirdikləri reydlərin birində 21 yaşlı fələstinlini güllələyiblər. Məlumata görə, Hevron şəhəri ətrafında keçirilən genişmiqyaslı axtarış əməliyyatı yerli gənclərin etirazına səbəb olub və toqquşma baş verib.Qəzzədə ölənlərin sayı 180-i ötüb, atəşkəs danışıqları başlayıb apa.az

15 iyul İsrailin Qəzzəyə hücumları nəticəsində ölənlərin sayı 200-ə çatıb. Həmin gün "Həmas" lideri Mahmud Əl-Zaharın evi İsrail aviasiyası tərəfindən bombardman edilərək dağıdılıb. Şahidlər bombardman zamanı evdə heç kimin olmadığını bildiriblər.İsrail "Həmas"ın liderinin evini bombardman edib apa.az İsrail atəşin dayandırılması ilə bağlı Misirin təşəbbüsünə müsbət cavab verib. HƏMAS isə atəşkəsi qəbul etməyəcəyini və hərtərəfli bir müqavilə istədiklərini açıqlayıb. Məsələ ilə əlaqədar HƏMAS-ın silahlı qolu olan olan Kassam Tuqayları "Mətbuatda gördüyümüz atəşkəs xəbərləri məsələsində heç kim bizə rəsmi və ya qeyri-rəsmi bir təklif irəli sürməyib. Amma təklif doğrudursa, bu diz çökmək və təslim olmaq mənası verir ki, biz bunu qətiyyən qəbul etmirik", — deyib.İslami Cihad Hərəkatının lideri Ramazan Abdullah Şallah "Əl-Cəzirə" kanalına müsahibəsində döyüşün nə vaxt bitəcəyini onların müəyyənləşdirəcəyini deyib: "Bundan sonra biz 2012-ci ildə əldə olunan atəşkəs razılaşmasının şərtlərini qəbul etmirik. Sionist rejim Qəzzəyə qarşı tətbiq etdiyi embarqonu qaldıracaq və sərhədləri açacaq. İsrailin başqa yolu yoxdur". İsrail baş naziri Benyamin Netanyahu atəşkəs təklifinin rədd olunacağı halda HƏMAS və İslami Cihad Hərəkatına qarşı sərt addımlar atacağını bildirib.Netanyahudan sərt çıxış: "Buna görə ağır əvəz ödəyəcəklər"

16 iyul İsrailin Qəzzə zolağına zərbələr endirməsi nəticəsində 4-ü uşaq olmaqla 16 fələstinli həlak olub, 10 nəfər yaralanıb. İsrail ordusunun Qəzzəyə endirdiyi raket zərbələri nəticəsində 12 fələstinli həlak olub, 10 nəfər yaralanıb. Daha 4 uşaq isə İsrail hərbçiləri tərəfindən Qəzzə zolağının sahilində güllələnərək qətlə yetirilib. İsrail hökuməti Qəzzə zolağının şimalında yaşayan 100 mindən çox fələstinlini evlərini tərk etməyə çağırıb. Bu çağırış quru əməliyyatların başlaması ilə əlaqədar edilib. Bir çox fələstinli bu barədə telefon zəngi vasitəsi ilə xəbərdar edilib. Həmçinin havadan "terroçuların dislokasiyası ilə bağlı xəbərdarlıq" yazılmış vərəqələr atılıb. Vərəqələrdə sakinlərə təcili şəkildə yaşadıqları ərazini tərk etmək tövsiyə olunur. Öz növbəsində HƏMAS rəhbərliyi fələstinliləri öz evlərində qalmağa çağırıb.İsrail hökuməti 100 min fələstinlini Qəzzəni tərk etməyə çağırıb apa.az

17 iyul İyulun 7-dən bəri İsrailin Qəzzə zolağına hücumu nəticəsində 260 fələstinli ölüb, 1980 nəfər yaralanıb. Bunu Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra deyib. Təcili yardım dəstələri İsrailin gecə bombaladığı Rəfah və Han Yunus şəhərlərində dağıntılar altından 10 cəsəd çıxarıblar. Onlar arasında 5 aylıq uşaq da var.

İsrail ordusu Qəzzə zolağında "Müdafiə səddi" əməliyyatının növbəti mərhələsinə keçib. Qoşunların yeridilməsindən öncə Qəzzə zolağı intensiv artilleriya və hava zərbələrinə məruz qalıb. Hücum əmrini İsrailin baş naziri Binyamin Netanyahu verib. Netanyahunun kabinetinin bəyanatında deyilir ki, əməliyyatın məqsədi fələstinli döyüşçülər tərəfindən qazılmış tunellərin məhv edilməsidir. "Həmas" hərəkatı xəbərdar edib ki, İsrail ordusunun başladığı quru əməliyyatının dəhşətli nəticələri olacaq.

İsrail ordusuna məxsus çoxlu sayda tank və zirehli texnika Qəzzənin cənubundakı Rəfah və Xan Yunis şəhərlərindən Fələstinə girib. Daha sonra Qəzzə və Rəfah şəhərləri bombardman edilib. Təcili yardım briqadaları və ambulanslar bombardman edilən bölgəyə yaxınlaşa bilməyiblər. İsrail ordusunun qərargahından mətbuata verilən açıqlamada isə 143 hədəfin vurulduğu qeyd olunur. İsrail ordusunun rəsmiləri iddia ediblər ki, Qəzzə sərhədində baş verən qarşıdurmada 14 nəfər Fələstin əsgəri öldürülüb. Öz növbəsində HAMAS təşkilatı bəyan edib ki, ötən gün İsrailin 4 şəhərinə 98 M-75 raketi atılıb, snayperlər tərəfindən bir İsrail hərbçisi öldürülüb. Qəzzə zolağına üç fərqli istiqamətdən girməyə çalışan İsrail xüsusi təyinatlıları fələstinlilərlə qarşıdurmadan sonra geri çəkiliblər. Nəticədə bir İsrail əsgəri öldürülüb, iki əsgər yaralanıb.

18 iyul Qəzzə bölgəsində yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin səyləri ilə bu bölgədən 11 Azərbaycan vətəndaşı təxliyə edilib. Təxliyə edilmiş vətəndaşlar hal-hazırda Azərbaycandadır.Qəzza bölgəsindən 11 nəfər Azərbaycan vətəndaşı təxliyə edilib apa.az