ABC Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi və ya Azərbaycan Britaniya Kolleci ( köhnə adı – Bakı İstedadlar Məktəbi və ya Bakı İstedadlar Təhsil Kompleksi — Bakının Bibiheybət qəsəbəsində yerləşən məktəb. Məktəbin əsas özəlliyi təhsilin ingilis dilində aparılmasıdır.

Haqqında ABC 2012-ci ildən fəaliyyətə başlayıb, hazırda bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları yaradan qabaqcıl təhsil müəssisəsi kimi Azərbaycan da daxil olmaqla, 25 müxtəlif ölkədən olan 760 şagirdə xidmət göstərməkdədir."Azərbaycan-Britaniya Kollecində yeni tədris ili açıq elan edilib" . Report.az

7 hektar ərazidə inşa olunan təhsil kompleksi 1200 şagirdin təhsil alması üçün nəzərdə tutulub. Gələcəkdə 120 şagirdlik yataqxananın, tibb məntəqəsinin, robot texnikası və animasiya otaqlarının yaradılması planlaşdırılır. Kompleksdə tədris ingilis dilində aparılacaq. Neft şirkətinin prezidenti Rövnəq Abdullayevin dediyinə görə, neft şirkətinin mühəndislərə olan tələbatını ödəmək üçün belə bir təhsil kompleksi yaradılıb. Bakı Müasir İstedadlar Məktəbinin yaradılması prosesinə Böyük Britaniyanın bu sahədə zəngin təcrübəyə malik “Gabbitas” məsləhətçi təhsil şirkəti də cəlb edilib. ARDNŞ əməkdaşlarının iştirakı ilə aparılan müsahibələrdə dünyanın müxtəlif ölkələrində ingilis məktəblərinin yaradılması işində böyük təcrübə qazanmış 50-dən çox iddiaçı arasından ən layiqli mütəxəssislər seçilib. Müsahibələrin nəticələrinə görə, məktəbin bütün rəhbərliyi xarici vətəndaşlar olacaq. Belə ki, məktəbin direktoru vəzifəsinə keçirilən beynəlxalq müsabiqənin qalibi Qrem Pollok, Məktəbəqədər təhsil bölməsinin və İbtidai təhsil bölməsinin rəhbəri vəzifələrinə elan olunmuş müsabiqənin qalibləri Alison Kuk və Kiz Cekson olub.APA Bakıda xüsusi istedadlı uşaqlar üçün müasir ingilis məktəbi tikilir

2017-ci ildən məktəbin yeni adı Azərbaycan Britaniya Kolleci (ABC) adlanır. Kembric Beynəlxalq Məktəbi isə məktəbin şüarı olaraq müəyyən edilib."Bakı İstedadlar Təhsil Kompleksi adını və loqosunu dəyişib" . Report.az

Məktəbin direktorları Qrem Pollak məktəbin ilk direktorudur. Hasan Hasanov ikinci direktordur.

İstinad

Xarici keçidlər Azərbaycan Britaniya Kollecinin rəsmi veb saytı Azərbaycan Britaniya Kollecinin rəsmi Facebook səhifəsi Azərbaycan Britaniya Kollecinin rəsmi Instagram səhifəsi

Kateqoriya:Təhsil qaralamaları Kateqoriya:Təhsil sistemi Kateqoriya:2014-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Bakı məktəbləri Kateqoriya:Azərbaycanda təhsil Kateqoriya:Bakıda təhsil