Mən evə qayıdıram — "Salnamə" sənədli filmlər studiyası tərəfindən çəkilişlərinə 2011-ci ildə başlanan və 2014-cü ildə təqdimatı olan rejissor Samir Kərimoğlunun filmi. Yaşar Nurinin çəkildiyi son filmdir.İbrahimov, R. Yaşar Nurinin son filmi…: "Mən evə qayıdıram" bədii filminin təqdimatı keçirildi: [Nizami Kino Mərkəzində rejissor Samir Kərimoğlunun eyniadlı filminin təqdimatı] //Bizim yol.- 2014.- 28 fevral.- S. 13.
Filmin çəkilişləri "Mən evə qayıdıram" adlı filmin çəkilişlərinə 2011-ci ilin fevral ayının 26-da Samir Kərimoğlunun rejissorluğu ilə başlanılıb. Rejissor "Bu filmi Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinə" çəkdiyini bildirmişdirKərimoğlu, S. Yeni film Qarabağda şəhid olmuş igid şahinlərimizə həsr edilib: ["Mən evə qayıdıram" filminin rejissoru Samir Kərimoğlu ilə müsahibə] /müsahibəni apardı Lalə Azəri //Mədəniyyət.- 2014.- 26 fevral.- S. 7..
Bu film Xalq artisti Yaşar Nurinin rol aldığı son filmdir. Aktyor filmdə hərbi hissədə çalışan aşpaz obrazını canlandırmışdır.
Ekran əsərinin operatoru xüsusi olaraq Almaniyadan dəvət olunub.
Filmdə canlı səsyazma sistemindən istifadə olunub. Filmin çəkilişləri Quba rayonu, Kürdəmir rayonu, Xızı rayonu və Sitalçayda aparılıb.
Filmin məzmunu "Mən evə qayıdıram" filmi 1990-cı illərədən bəhs edir. Film hərbi vətənpərvərlik mövzusunda, real hadisələr əsasında çəkilib. Film Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir. 85 dəqiqə sürən "Mən evə qayıdıram" filmində ilk dəfə Azərbaycan hərbi hava qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələrin səmada düşmən texnikası ilə mübarizəsi əks olunub.
Filmin təqdimatı 2014-cü il fevralın 26-da saat 19:00-da Nizami Kino Mərkəzində "Mən evə qayıdıram" bədii filminin təqdimatı olmuşdur.Azəri, L. "Mən evə qayıdıram": [Nizami Kino Mərkəzində rejissor Samir Kərimoğlunun Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş eyniadlı filminin təqdimatı] //Mədəniyyət.- 2014.- 28 fevral.- S. 9. Hərbi vətənpərvərlik mövzusunda olan ekran işinin təqdimat mərasimində ziyalılar, sənət adamları iştirak edib. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev gecədə çıxış edərək filmin gözəl alındığını, onun mədəniyyətimizə böyük töhfə olduğunu vurğulayıb. Nazir çıxışında 26 fevral tarixinin Azərbaycan xalqı üçün faciəvi günlərdən biri olduğunu diqqətə çatdırmışdır: "22 il bundan öncə ermənilər Xocalı soyqırımını törətdilər. Dinc insanları vəhşicəsində qətlə yetirdilər. Bu soyqırım tarixdən heç vaxt silinə bilməz. Bax bu gündə vətənpərvərlik mövzusunda olan filmin təqdimat mərasiminin olması təsadüfi deyil".
"Mən evə qayıdıram"ın təqdimat mərasimində filmdə əsas obrazlardan birini ifa edən Emil Bədəlov da iştirak etmişdir.
Filmdə əsas rollardan birini oynayan aktyor Elşən Hacıbabayev oynadığı obraz haqqında bunları bildirdi: "Mənim filmdə obrazını oynadığım şəxsin qardaşı şəhid olur və o da hərbi xidməti yarımçıq qoyur.
Aktyor Murad Abdullayevin sözlərinə görə, filmin süjet xətti olmuş hadisələrdən ibarətdir.
Filmin mükafatları "Mən evə qayıdıram" layihəsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunmuş vətənpərvərliklə bağlı elan olunmuş ssenarilər və layihələr müsabiqəsinin qaliblərindən biridir.
Filmin heyəti
Film üzərində işləyənlər Quruluşçu rejissor : Samir Kərimoğlu"Mən evə qayıdıram": İgid şahinlərimiz haqqında film gənclərə təqdim olunub: [Nizami Kino Mərkəzində rejissor Samir Kərimoğlunun Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş eyniadlı filminin təqdimatı olmuşdur] //Mədəniyyət. — 2014. — 6 avqust. — S. 5. Ssenari müəllifİ : İsmayıl Səfərəli Quruluşçu operator : Ayxan Salar Quruluşçu rəssam : Əziz Məmmədov Bəstəkar : Vüqar Camalzadə İcraçı prodüser : Nazim Hüseynov. Direktor : Mahir İbrahimov
Rollarda Emil Bədəlov — Baş leytenant Tərlan Seyidzadə Elçin Mehdi — Mayor Şmatko Yaqub Zeynalov — Podpolkovnik Kastiqin Murad Abdullayev — Leytenant Fərhad Məmmədov Katerina Fyodrova — Leytenant Korneyeva Vladimir Yakovlev — Polkovnik Suvorov Yaşar Nuri — Ağasəlim Elşən Hacıbabayev — Leytenant Quliyev Kamran Ağabalayev — Mayor Savelyev Sevzixan Serderov — Kapitan Abakumov Yaroslav Trifonov — Kapitan Petrov Anna Kostenko — Lyudmila Serebrekova Fuad Poladov — Müstəntiq Səlimov Oleq Əmirbəyov — Baş leytenant Vasilenkov Azər Aydəmir — Baş leytenant Losev Sergey Jestkov — Baş leytenant Qorelov Emil Axundov — Serjant Panov Yelena Malışeva — Vika Hafiz Yolçuyev — Leytenant Kmenev Süleyman Nəcəfov — 1-ci Qafqazlı Faiq Ağamalıyev — 2-ci Qafqazlı Cəmil Babayev — Kapitan Fyodrov.
İstinadlar
Mənbə "Əgər məqsədin varsa, getdiyin yol bəllidir" //Kaspi.- 2011.- 24 iyun.
Həmçinin bax Niyyət (film, 2010)
Xarici keçidlər Filmi izlə
Kateqoriya:2014-cü ilin filmləri Kateqoriya:Quba rayonunda çəkilən filmlər Kateqoriya:Kürdəmir rayonunda çəkilən filmlər Kateqoriya:Xızı rayonunda çəkilən filmlər Kateqoriya:Samir Kərimoğlunun filmləri Kateqoriya:Pilotlar haqqında filmlər