Vernon Smit (; ) — amerikalı iqtisadçı. 2002-ci ildə Deniel Kanemanla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Həyatı Vernon Smit ABŞ-nin Kanzas ştatının Viçita şəhərində anadan olmuşdur. O, Şimali Viçita Yüksək məktəbini və Frends Universitetini bitirmişdir. Vernon Smit 1949-cu ildə Kaliforniya Texnologiya İnstitutunun elektrik mühəndisliyi ixtisasından məzun olmuşdur. O, 1952-ci ildə Kanzas Universitetində iqtisadiyyat üzrə magistr, 1955-ci ildə isə Harvard Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəlmişdir. Harvard Universitetində təhsil alarkən paralel olaraq Massaçusets Texnologiya İnstitutunun dərslərində də iştirak etmişdi.

Vernon Smit 1955–1967-ci illərdə Purdue Universitetində işləmiş və ilk tədqiqatı olan təcrübi iqtisadiyyatla burada məşğul olmuşdur.

1961–1962-ci illərdə Stanford Universitetində dosent olaraq işləmiş və təcrübi iqtisadiyyatla bağlı birgə tədqiqatlar aparacağı Sidney Sigellə burada tanış olmuşdur. Daha sonra Braun Universiteti (1967–1968), Massaçusets Amherst Universiteti (1968–1972), Davranış Elmləri Yüksək Tədqiqatlar Mərkəzi () (1972–1973) və Kaliforniya Texnologiya İnstitutunda (1973–1975) işləmişdi. İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülməsinə səbəb olan tədqiqatlarını isə 1976–2002-ci illərdə işlədiyi Arizona Universitetində həyata keçirmişdi. Vernon Smit 2002-ci ildən Corc Mason Universitetində işləməyə başladı.

Vernon Smit 2005-ci ilin fevral ayında Asperger sindromundan əziyyət çəkdiyini demişdi.Sue Herera. Mildest autism has "selective advantages". MSNBC, 25 fevral 2005

Əsərləri Rassenti, Stephen J.; Smith, Vernon L.; Bulfin, Robert L. (1982). "A Combinatorial Auction Mechanism for Airport Time Slot Allocation". Bell Journal of Economics 13: 402–417. Smith, Vernon L. (1976). "Experimental Economics: Induced Value Theory". American Economic Review 66 (2): 274–279. Smith, Vernon L. (1982). "Microeconomic Systems as an Experimental Science". American Economic Review 72 (5): 923–955. Williams, Arlington W.; Ledyard, John O.; Gjerstad, Steven; Smith, Vernon L. (2000). "Concurrent trading in two experimental markets with demand interdependence". Economic Theory 16 (3): 511–528.

Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

Xarici keçidlər Vernon Smit haqqında Nobel mükafatı e-muzeyində məlumat. Vernon Smit haqqında faktlar. Vernon Smitın müsahibəsi. Vernon Smitin şəkilləri. Vernon Smitin İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı.

İstinadlar

Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:Kaliforniya Texnologiya İnstitutunun məzunları Kateqoriya:Kanzas Universitetinin məzunları Kateqoriya:Friends Universitetinin məzunları Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:Arizona Universitetinin müəllimləri Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun müəllimləri