Arif Zahid oğlu Məmmədov () — Azərbaycan Respublikasnın dövlət xadimi, diplomat, Fövqaladə və Səlahiyyətli Səfir.
Həyatı Arif Məmmədov 1964-cü il sentyabrın 22-də anadan olub. 1983–1988-ci illərdə Moskva Hərbi Xarici Dillər İnstitutunda təhsil alıb. 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri işləyib. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olub. 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri kimi çalışıb. Vəzifədən kənarlaşdırıldıqdan sonra Belçika Krallığından siyasi sığınacaq alıb.
Təhsili 1983–1988-ci illərdə Moskva Hərbi İnstitutunda (VKİMO) təhsil alıb 1993 ildə Niderlandda yerləşən Klinqendael Beynəlxalq Əlaqələr İnstitutunda diplomatik təcrübə və təhsil alıb 1994 ildə Böyük Britaniyada Xarici İçlər Nazirliyinin təşkil etdiyi xüsusi kurslarda təlim keçib
İnqilis, Fransız, Rus, Həbəş, İspan dillərində sərbəst danışır.
Digər 2008–2012-ci illərdə Avropa Verqeland mərkəzinin direktorlar şurasının üzvü olub. Osloda əsaslanan bu təşkilat mədəniyyətlərarası bilik, insan hüquqları və demokratik vətəndaşlıq mərkəzi kimi fəaliyyət göstərir.
Siyasi fəaliyyəti 2016-cı ilin sentyabr ayının 11-də Strasburq şəhərində Azərbaycandan olan mühacirlərin bir qrupu AND (Azərbaycan Naminə Demokratiya) adlı ictimai-siyasi təşkilat yaratdıqlarını elan etdilər.
AND kimi bir təşkilatın yaradılması ilə bağlı müzakirələr isə 2016-cı ilin əvvəllərindən başlayaraq gedirdi. Bu təşəbbüs keçmiş səfir, 2015-ci ilin yayında Azərbaycandakı despotik rejimin davranışlarına etiraz olaraq, siyasi mülahizələrə görə vəzifəsindən istefa verən Arif Məmmədova və "Azadlıq" qəzetinin və Turan TV-nin baş redaktoru olan, Fransada mühacirətdə yaşayan Qənimət Zahidə məxsusdur. Bir neçə ay ərzində AND-ın rəsmən quruculuğu, quruluş sənədləri, hüquqi statusu və digər məsələlərlə bağlı müzakirələr getdikdən sonra 2016-cı ilin sentyabr ayında təşkilatın təsis konfransı keçirilib və AND təşkilatı rəsmən elan edilib.
Keçmiş diplomat Arif Məmmədov 2019-cu ilin mayın 22-də Azərbaycan Naminə Demokratiya (AND) hərəkatının həmsədr vəzifəsindən və hərəkatdan istefa verib.
Maraqları Arif Məmmədov idman və musiqi ilə maraqlanır.
İstinadlar
Kateqoriya:Azərbaycanın Belçikadakı səfirləri Kateqoriya:Azərbaycanın Niderlanddakı səfirləri Kateqoriya:Azərbaycanın Lüksemburqdakı səfirləri Kateqoriya:Azərbaycan dissidentləri