TV2 — 18 avqust 2012-ci ildə yayıma başlayan Doğan Medya Grubu-na məxsus kanal. "Turner Broadcasting System" şirkəti "TNT" kanalının Türkiyə fəaliyyətini dayandırması ilə bağlı qərara gəldi və yayım hüquqlarını Doğan Yayın Grubu şirkətinə satdıqdan sonra kanal quruldu. Məşhur xarici-yerli seriallar, əyləncə verilişləri, bədii və cizgi filmlər yayımlayan kanal həm original dil həm də türk dili seçimiylə yayımlanır. 3 sentyabr 2012-ci ildə normal yayım rejiminə keçmişdir. 15 sentyabr 2013-cü ildə isə loqosundakı "tv" yazısını bir az yaşıl rəngə keçirtmişdir.

TV2 HD TV2 HD — 1 fevral 2013-cü ildə saat 09:45-də qurulan, Teve 2 ilə eyni proqramlar yayımlayan HD kanalıdır. Əvvəllər yalnız D-Smart-dan izləmək mümkün idi. Lakin digər HD kanallar kimi Teve 2 HD də 18 sentyabr 2014-cü ildə şifrəsiz yayıma keçmişdir. Peyk məlumatları: Türksat 4A: 12245, H, 27500, 5/6 D-Smart: 21-ci kanal

Qardaş kanallar Kanal D Kanal D HD Euro D CNN Türk CNN Türk HD Dream TV Dream Türk Cartoon Network D-Smart (bəzi kanallar)

Xarici keçidlər TV 2 | Web TV 2 | Facebook TV 2 | Twitter TV 2 | Google+ TV 2 | YouTube TV 2 | Instagram TV 2 | Pinterest TV 2 | LinkedIn TV 2 | Canlı

Kateqoriya:Türkiyə televiziya kanalları Kateqoriya:Türk dilində televiziya kanalları