Hökmdarın taleyi — Film Azərbaycan tarixinin ən mürəkkəb və çətin dövrünü əhatə edir. Ekran əsərinin dövlətçilik tariximizin qapalı məqamlarının öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Böyük dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" faciəli pyesinin motivləri əsasında çəkilən filmin ssenari müəllifi yazıçı-dramaturq Elçin Əfəndiyevdir."Hansı vəzifədə olmasından asılı olmayaraq, Elçin ilk növbədə yazıçıdır": [Xalq yazıçısının ssenarisi əsasında çəkilən, "Hökmdarın taleyi" filmi ilə əlaqədar müsahibə] //Paritet.- 2008.- 13–14 may.- S. 6; Palitra.- 2008.- 13 may.- S. 6; Təzadlar.- 2008.- 13 may.- S. 10; Şərq.- 2008.- 13 may.- S. 14. "Hökmdar və qızı" filminin musiqisi Polad Bülbüloğluna məxsusdur.Açığını deyim ki…: Polad Bülbüloğlu: "böyük filmlərə musiqi yazmaqdan çəkinirəm": [Xalq artistinin "Hökmdarın taleyi" filminə musiqi yazmağı ilə əlaqədar müsahibə] //Mərkəz.- 2008.- 9 may.- S. 15. Mürəkkəb və çətin süjetə malik olan gərgin dramatizmi ilə fərqlənən film Şəkidə lentə alınmışdır.
Məzmun Film hökmdarın siyasi meydanda tənhalığı haqqındadır və bu problem dövlətçilik problemidir. Siyasəti ilə onun ətrafının razılaşmaması sonda İbrahimxəlil xanın (Fəxrəddin Manafov) tək qalmasına və sonda qətlinə gətirib çıxarır. Bu film Azərbaycanın o vaxtkı xanlıqlarının əmin-amanlıqda yaşaması üçün birləşib bir dövlət yaratmamasından və Azərbaycan torpaqlarının Rusiya və İran kimi iki nəhəng imperiya tərəfindən zəbt edilməsindən bəhs edir. Filmin ssenarisi tarixi hadisələr üzərində qurulmuşdur.Hacızadə A. "Hökmdarın taleyi" filminin Moskvada və Sankt-Peterburqda təqdimatı uğurla keçmişdir: [Elçinin ssenarisi üzrə rejissorlar Ramiz Fətəliyev və Dilşad Fatxulinin çəkdikləri eyni adlı film] //Azərbaycan.- 2008.- 30 may.- S. 7.
Film haqqında Filmin çəkilişi Azərbaycan Nazirlər Kabinetinin 8 iyun 2004-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Mədəniyyət Nazirliyinə dövlət sifarişi verilib.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 381. Babək prospektində böyük sahəli bir anbarın içində pavilyon qurulmuş, o pavilyonda İbrahim xanın evini, İran şahının sarayını quraşdırmışlar. Minlərlə kostyum tikilmiş, eskiz əsasında həmin dövrün dəbinə uyğun bu kostyumlar üçün İrandan parçalar gətizdirilmişdir. İran qoşunlarının, rus qoşunlarının, Azərbaycan qoşunlarının ifaçılarının hər biri üçün ayrıca forma tikilmiş, həmin dövrün silahları, toplar, mərmilər, tüfənglər və s. zavodlarda sifariş olunmuşdur. Otuzdan çox müəssisə bu film üçün işləmişdir. Filmin hazırlıq dövrunə 2005-ci ilin avqust ayından, çəkilişlərinə 2006-cı ilin iyun ayından başlanılmışdır. Azərbaycan dilində kiçik rollar Bakıda, əsas rollar isə "Mosfilm"in nəzdində fəaliyyət göstərən "Ton studio"da səsləndirilmişdir. Film Azərbaycanda bu günə kimi istifadə edilməyən dolbi 1/5 sistemində səsləndirilmişdir. Bütün texniki avadanlıqlar, eləcə də işıq və səs avadanlıqları Moskvadan gətirilmişdir. Son çəkiliş günü 2006-cı ilin 3 oktyabrında olmuş və 2007-ci il avqustun 1-ə qədər montaj işi getmişdir. Çəkilişlər bitdikdən sonra filmin kütləvi səhnələrində istifadə olunan geyimlər, silah və toplar "A. S. V. A. Profi Studiya XXI" Prodüser Mərkəzinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, həmin müddətdə lentə alınan "Cavad xan" filminə verilmişdir. Filmin çəkilişlərində Şəki Dövlət Dram Teatrından aktyorlar da cəlb edilmişdir. Filmdə aktyorları müəllifin razılığı ilə Fəxrəddin Manafovla Vaqif Əsədullayev təsdiq edib. Eyni zamanda Fəxrəddin Manafov filmdə aktyorlarla işləyib. Daha sonra isə bu işə Ramiz Fətəliyev və Dilşad Fatxulin cəlb olunub. Filmdəki müəyyən dövr Ramiz Fətəliyevlə birgə işlənib, ancaq yaradıcılıq fikirləri fərqli olduğundan ayrılmalı olublar. Filmi Fəxrəddin Manafov, Dilşad Fatxulin və Vaqif Əsədullayev birgə bitirib. Azərbaycan kino tarixində dövlət büdcəsindən indiyə qədər ən çox maliyyə ayrılan film budur: 1 milyon manat. Film İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında çəkilib.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: İlyas Əfəndiyev Ssenari müəllifi: Elçin Prodüser: Vaqif Əsədullayev Quruluşçu rejissorlar: Ramiz Fətəliyev, Dilşad Fatxulin Quruluşçu operator: Dilşad Fatxulin Quruluşçu rəssam: Əziz Məmmədov Bəstəkar: Polad Bülbüloğlu Rejissor: Akif Rüstəmov Geyim rəssamı: Şahin Həsənli (rəssam) Montaj edən: Elşad Rəhimov Səs operatorları: Aleksandr Platoşin İcraçı prodüser: Elman Höcətoğlu Mətni oxuyan: Fuad Poladov
Rollarda Fəxrəddin Manafov — İbrahimxəlil xan Günəş Əliyeva — Ağabəyim ağa Pərviz Məmmədrzayev — Fətəli şah Qacar İlya Şakunov — rus çarı I Aleksandr Aleksandr Qalibin — knyaz Sisianov Aleksandr Şarovski — General Knorring Fuad Osmanov — erməni Rafiq Əliyev (II) — Vanya Yüzbaşı Sənubər İsgəndərli — Tuba xanım Məmməd Səfa — Əmiraslan xan Kamran Yunis — Əbülfət ağa Vidadi Əliyev — erməni Aysu Əfəndiyeva — Cavad xanın qızı Yuri Baliyev — Portnyagin Mehriban Zəki — Cavad xanın arvadı Manaf Dadaşov — İsrafil bəy Muxtar İbadov — Hüseyn xan Leyli Hüseynli — Gövhər ağa Əli Cəfərov — Saday bəy Daniil Spivakovski — mayor Lisaneviç Saydo Qurbanov — Mir Mövsüm Ağa Vidadi Həsənov — Cavad xan Ramil Zeynalov — Cavad xanın oğlu Xəyal Abbaszadə Xanlar Qasımzadə — Kəlbəli xan Şahmar Qəribli — Məmməd xan Kazım Abdullayev — Pirqulu xan Elşən Rüstəmov — Sisianovun tərcüməçisi
Filmi səsləndirənlər Elşən Rüstəmov – Saday bəy (Əli Cəfərov) (titrlərdə yoxdur) Azad Şükürov — Kəlbəli xan (Xanlar Qasımzadə) (titrlərdə yoxdur) Ruslan Nəsirov — İsrafil bəy (Manaf Dadaşov) (titrlərdə yoxdur) Kazım Abdullayev — Hüseyn xan (Muxtar İbadov) (titrlərdə yoxdur) Rafael Dadaşov — Mir Mövsüm ağa (Saydo Qurbanov) (titrlərdə yoxdur) İlham Əsgərov — Cavad xan (Vidadi Həsənov) (titrlərdə yoxdur) Sabir Məmmədov — Məmməd xan (Şahmar Qəribli) (titrlərdə yoxdur)
Sponsor Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Çəkilişə köməklik edən qurum Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Çəkilişə kömək edənlər Elçin Əbülfəs Qarayev
İstinadlar
Mənbə "Hökmdarın taleyi" filmi haqqında //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 9.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçid Filmi izlə
Kateqoriya:İbrahimxəlil xan haqqında filmlər Kateqoriya:2008-ci ilin filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Döyüş filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Müharibə filmləri Kateqoriya:Tarixi filmlər Kateqoriya:Şəkidə çəkilən filmlər Kateqoriya:Azərbaycan xanlıqları dövrünə aid filmlər Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:Ermənicə filmlər Kateqoriya:Farsca filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:Azərbaycanın dram filmləri