Tapılması 1990–1993-cü illər Qız qalasının ətrafındakı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə arxeoloq F. İbrahimov tərəfindən qazıntı işləri aparılmış və qalanın şimalında IX əsrə aid edilən məscid aşkar olunmuşdur.
Bu ərazidə 1998-ci ildə aparılan qısamüddətli arxeoloji qazıntılar 2 otağın da varlığını aşkar etmişdir. Bunlardan böyük otağın döşəməsində qazıntı davam edilən zaman qərb divarının cənub-qərb küncünə yaxın hissədə üstü tağ formalı taxca içərisində yerləşdirilmiş mehrab aşkar olundu.
Haqqında Mehrabın üstündə iki kəlmədən ibarət qədim ərəb əlifbası ilə kufi xətli yazı var. Həmin yazını epiqrafçı alim Məşədixanım Nemət oxumuşdur. Yazının məzmunu belədir: "Hakimiyyət Allaha məxsusdur". Tədqiqatçılar müqayisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yazını VIII–IX əsrə aid edir.
Məscid, onunla yanaşı tikilmiş otaqlar və sıratağlı abidə onların vahid kompleksə daxil olduğu ehtimalını yaradır. Şəhərin karvan-ticarət yolu üzərində yerləşdiyini nəzərə alıb bu ərazidə xanəgahın olduğu ehtimalını da söyləmək olar. Tarixçi-arxeoloq F. İbrahimov bu məscidin, onun tikildiyi dövrdə yaşamış görkəmli ruhani alim və din xadimi, əslən bakılı olan Baba Kuhi Bakuvinin məscidi olduğunu ehtimal edir.
Mənbə Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, “Beynəlxalq əl-Huda” nəşriyyatı, Bakı — 2001, ISBN 964-8121-59-1. ebooks.az; archive.org
Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı İçəri Şəhər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İçərişəhər Kateqoriya:Bakı məscidləri Kateqoriya:IX əsr məscidləri Kateqoriya:İslam Kateqoriya:X əsrdə yarananlar