Mükəmməl Dünya (ing. Absolute World və ya Merilin Monro Towers) 2012-ci ildə Kanadanın Mississauc şəhərində tikilmiş göydələnlər. Bina Fernbruk Ev və Şəhər İnkişaf Qrupu (FHCDG) tərəfindən tikilib. 5 göydələndən ibarətdir, əsas və məşhur olan iki göydələnin mərtəbə sayı 56 və 50-dir.
Hazırlanması
28 noyabr 2006-cı ildə Mississauc Şəhər Dizayn Mükafatlarının verilməsi mərasimində Mississauc şəhər mayoru Eyzel MakKolin gələcəkdə Bernhemtrop Road və Hurontario küçəsində tikilməli olan və şəhərin simvoluna çevriləcək binanın layihəsinin hazırlama müsabiqəsini elan etdi. Müsabiqədə 70 ölkədən 600-ə yaxın iştirakçı qatıldı. 6 finalçının adı 30 yanvar 2007-ci ildə saat axşam 12:00-da Torontodakı BCE Sarayında açıqlandı.
Müsiflər heyəti
Lari Besli, plan direktoru, Vankuver. Kolin Fourniyer, Memarlıq Məktəbi professoru, London Sol Vassermul, Toronto Klaud LaKombb, EI Richmond memarı, Toronto Maykl Spatsiani, MSAi, Toronto Dani Salvatore, Fernbrook şirkətinin prezidenti Sam Kriqnano və Paulo Stellato Fed Sacekki, Binanın planın komissarı, Mississauc.
6 finalçı
Nikolas Boyarski, Böyük Britaniya Mişel Roykind, Meksika Roland Rom Koltoff, Kanada Sebastyan Messer, Böyük Britaniya Ma Yansonq, Çin Tarek Əl-Xatib, Kanada
Finalçıların hər biri Mississaucun ən hündür və 50 mərtəbədən yüksək olacaq bina layihəsi üçün qonarar ödədi. Daha sonra layihələr ictimaiyyət tərəfindən qiymətləndirilməsi üçün "Square One" Ticarət Mərkəzində nümayiş olundu. Səsvermə isə 22 mart 2007-ci ildə bitdi. Qalib 28 mart 2007-ci il saat 10:30-da CN qülləsindən elan olundu. Qalib çinli memar Ma Yansonq seçildi. O, buna görə 125.000$ qazandı.
2010-cu ildə göydələnlərin tikintisi başlamış və 2012-ci ildə başa çatmışdır. Tikinti zamanı göydələnlər quruluşuna görə aktrisa Merilin Manronu xatırlatdığı üçün göydlənləri onun adıyla çağırmaya başladılar. 14 iyun 2012-ci ildə Çikaqoda yerləşən CTBUH təşkilatı, göydələnləri dünyanın ən yaxşı müasir göydələnləri kimi seçmişdir.
Dizayn
Hər iki bina o.h. 209 dərəcə burulmuş vəziyyətdədir. Göydələnlərin quruluşu|thumb Mərtəbə DərəcəMərtəbə DərəcəMərtəbə DərəcəMərtəbə Dərəcə1 -10° 15 15° 29 74° 43 168°2 -9° 16 18° 30 82° 44 171°3 -8° 17 21° 31 90° 45 174°4 -7° 18 24° 32 98° 46 177°5 -6° 19 27° 33 106° 47 180°6 -5° 20 30° 34 114° 48 183°7 -4° 21 33° 35 122° 49 186°8 -3° 22 36° 36 130° 50 189°9 -2° 23 39° 37 138° 51 192°10 0° 24 42° 38 146° 52 194°11 3° 25 45° 39 154° 53 195°12 6° 26 50° 40 159° 54 196°13 9° 27 58° 41 162° 55 197°14 12° 28 66° 42 165° 56 198°
Qalereya
İstinadlar
Kateqoriya:Göydələnlər Kateqoriya:2012-ci ildə yarananlar Kateqoriya:Kanada tikililəri Kateqoriya:Kanada memarlığı Kateqoriya:2012-ci ildə tikilmiş yaşayış binaları