Haqqında Krokanlar üsyanı () - Fransada dövlət vergiləri və feodal mükəlləfiyyətlərinin artırılmasına qarşı 1592-1598, 1624, 1636- 1637-ci illərdə baş vermiş kəndli üsyanlarıdır. "Gəmiricilərə qarşı" harayı üsyanın başlanmasına çağırış oldu. Xalq zadəganları, iltizamçıları və məmurları "gəmiricilər" adlandırırdı. Bu üsyanlardan qorxuya düşən zadəganlar ara müharibələrini dayandırıb, kralın ətrafında sıx birləşdilər. Krokanların üsyanları kral qoşunları və zadəgan dəstələri tərəfindən yatırıldı.
İstinadlar
Mənbə Məktəblinin tarix lüğəti Bakı,2011, səh.189.
Kateqoriya:Kəndli üsyanları Kateqoriya:Fransa Kateqoriya:Fransada üsyanlar Kateqoriya:XVII əsrin üsyanları Kateqoriya:XVI əsrin üsyanları Kateqoriya:1624-cü ildəki münaqişələr