Tağıyevin villası — Mərdəkanda yerləşən, əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş villa. Bina 1893–1895-ci illərdə mülki mühəndis İosif Qoslavski tərəfindən inşa olunub.
Tarixi XX əsrin əvvəllərində kapitalizm Bakı sənayesinin bütün sahələrində böyük uğurlara nail oldu, şübhəsiz bu da memarlığa öz təsirini göstərdi. Böyük mədaxilli evlər, burjuaziyanın sarayları, əhalinin orta təbəqəsinin binaları və şəhərdə əhalinin sinfi bərabərsizliyini göstərən kənarlarda kasıbların daxmalarıШ. С. Фатуллаев, "Градостроительство Баку XIХ – начала ХХ веков", Ленингра́д, "Стройиздат", 1978. ст.177.
Memarlıq xüsusiyyətləri
Planlaşdırılması Tağıyevin villası memarlıq-planlaşdırma qərarına və yaşıllaşdırma tərtibatına görə nümunədir. Onun planlaşdırılmış kompozisiyası landşaft xüsusiyyətlərini yarpaqlı və iynəyarpaqlı ağacların növləri, daş lövhələrlə döşənmiş düz yollar hesabına heç də geridə qoymur. Döşəmə həmçinin torpağın üst hissələrinin bəzədilməsində bədii rol oynamışdır.
Yeni villalar əvvəlkilərin təkrarı deyildir. Sifarişçilər memarların qarşısında hər dəfə yeni vəzifələr qoyurdular ki, bu da dənizkənarı villaların orijinal olmasına və böyük təmtəraqına və əzəmətinə görə fərqlənməsinə səbəb olmuşdur.
Həmçinin bax Hacı Zeynalabdin Tağıyevin sarayı Hacı Zeynalabdin Tağıyevin ev muzeyi Azərbaycan memarlığı
İstinadlar
Kateqoriya:1893-cü ildə yarananlar Kateqoriya:Azərbaycan villaları Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:İosif Qoslavskinin tikdiyi binalar Kateqoriya:Azərbaycanın tarixi evləri Kateqoriya:Bakının tarixi binaları Kateqoriya:Hacı Zeynalabdin Tağıyev