Oksana Kiselyova (d. 30 may 1992) — Azərbaycan qadın milli voleybol komandasının voleybolçularından biridir.Oksana Kiselyova Worldofvolley.com saytında, Yoxlanılıb: 8 oktyabr 2014 İlk dəfə Azərreyl Bakı QVK, sonra Azəryol Bakı QVK, daha sonra Lokomotiv Bakı QVK klubunda iştirak etmişdir.Oksana Kiselyova Cev.lu saytında, Yoxlanılıb: 8 oktyabr 2014 Əvvəl hücumçu, ardınca libero mövqesində oynamışdır.

Həyatı Oksana Kiselyova 30 may 1992-ci il tarixində Bakı şəhərində doğulmuşdur. İdmanın voleybol növü Oksananın ən sevdiyi oyunlarından birinə çevrilmiş və o, 9 yaşından başlayaraq bu idman növü ilə məşğul olmağa başlayır. Oksana Kiselyova Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışdır.

Xüsusiyyətləri Boy: 178 sm Çəki: 63 kq Mövqe: Libero Blok yüksəkliyi: 290 sm Hücum yüksəkliyi: 290 sm Nömrə: 16

İdman karyerası Oksana Kiselyova peşəkar idman karyerasına Azərreyl Bakı QVK klubunun tərkibində iştirak etməsi ilə başlamışdı. 2014-cü il avqust tarixində Oksana yenidən Azərbaycan qadın milli voleybol komandasının tərkibinə qatılmış və həmin ildə İtaliyada keçirilən "Voleybol üzrə qadınlararası dünya çempionatı 2014" turnirində iştirak etmişdir.

Turnirlər № Turnir 2007 "Voleybol üzrə qadınlararası Avropa çempionatı 2007" 2008 "Voleybol üzrə dünya Qran-prisi 2008" 2008 "2008 Yay Olimpiya oyunlarında voleybol" 2009 Voleybol üzrə qadınlararası Avropa çempionatı 2009 2009 "Voleybol üzrə qızlararası Avropa çempionatı 2009" 2011 "Voleybol üzrə qadınlararası Avropa çempionatı 2011" 2011 "Voleybol üzrə qızlararası Avropa çempionatı 2011" 2012 "2012 Yay Olimpiya oyunlarında voleybol" 2013 "Voleybol üzrə qadınlararası Avropa çempionatı 2013" 2014 Voleybol üzrə qadınlararası dünya çempionatı 2014 2014 "Voleybol üzrə qadın Avroliqası "2014" 2015 "Voleybol üzrə qadınlararası Avropa çempionatı 2015"

Klub karyerası İl Ölkə Klub 2006/2007 Azərbaycan Azərreyl Bakı 2007/2008 Azərbaycan Azərreyl Bakı 2008/2009 Azərbaycan Azərreyl Bakı 2011 Azərbaycan Azərreyl Bakı2012 Azərbaycan Azərreyl Bakı 2013 Azərbaycan Azəryol-Bakı 2014 Azərbaycan Azərreyl Bakı 2015 Azərbaycan Lokomotiv Bakı

Nailiyyətləri 2005/2006: Azərreyl Bakı QVK klubu tərkibində Voleybol üzrə Azərbaycan Superliqasının qızıl mükafatçısı (16px) 2006/2007: Azərreyl Bakı QVK klubu tərkibində Voleybol üzrə Azərbaycan Superliqasının qızıl mükafatçısı (16px) 2007/2008: Azərreyl Bakı QVK klubu tərkibində Voleybol üzrə Azərbaycan Superliqasının qızıl mükafatçısı (16px) 2008/2009: Azərreyl Bakı QVK klubu tərkibində Voleybol üzrə Azərbaycan Superliqasının gümüş mükafatçısı (16px) 2010/2011: Azərreyl Bakı QVK klubu tərkibində Voleybol üzrə Azərbaycan Superliqasının gümüş mükafatçısı (16px) 2014/2015: Lokomotiv Bakı QVK klubu tərkibində Voleybol üzrə Azərbaycan Superliqasının gümüş mükafatçısı (16px)

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycanın qadın voleybolçuları Kateqoriya:2015 Avropa Oyunlarında voleybolçular Kateqoriya:Rusəsilli azərbaycanlılar Kateqoriya:Bakıda doğulmuş idmançılar Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar