Lider Jazz FM və ya rəsmi adı ilə “Radio-Azərbaycan” MMC — Azərbaycanda fəaliyyət göstərmiş azərbaycandilli özəl radio.
Tarixi «Lider Jazz FM» radiosu 15 noyabr 1999-cu il tarixdən 107 FM dalğasında yayımlanıb. İlk səslənən musiqi "Eagles" qrupunun "Hotel California" mahnısı olub. 1 yanvar 2004-ci ildən etibarən isə "jazz" formatında yayımlanmağa başladı.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) 30 sentyabr 2011-ci il tarixli qərarı ilə «Lider Tv və Radio–Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb.
1 iyun 2020-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio–Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi "Lider TV və Radio–Azərbaycan" MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb. 16 iyun 2020-ci il tarixində iddia təmin edilib və telekanal və radionun tabe olduğu şirkət müflis elan edilib.
MTRŞ-ın 24 may 2021-ci il tarixli iclasında "Lider TV və Radio–Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edilib.
Beləliklə, "Lider TV və Radio–Azərbaycan" MMC-nin televiziya və radio yayımı 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan radiostansiyaları Kateqoriya:Radiolar