Mirikənd (əvvəlki adı: Miruşen, daha əvvəlki adı: Mirikənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Mirikənd kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Kəndin qədim adı Takir olmuşdur. Çar Rusiyası Azərbaycanın şimalını işgal etdikdən sonra XIX əsrdə burada gəlmə ermənilər yerləşmişdi. Kənd bir müddət Mirikənd adlandırılsa da, sonralar oykonim erməniləşərək Miruşen kimi qeydə alınmışdı. 1992-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir. Oykonim "Mirinin kəndi", "Miriyə məxsus kənd" mənasındadır.
Tarixi Azərbaycan kənd təsərrüfatı üzrə 1921 il üçün siyahıyaalınmasında yaşayış məntəqəsi Mirikənd () adı ilə Şuşa qəzasının tərkibində göstərilir.
1926-cı ilin Qafqazın xəritəsində kəndin adı Mirikənd () kimi qeyd olunubdur.
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Miruşen kəndi Mirikənd kəndi adlandırılmışdır.
1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Mirikənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə keçib.
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Mirikənd (Xocavənd) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri