Aaxen kafedralı () – Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində, Aaxen şəhərində yerləşən kafedral. Şimali Avropanın ən qədim kafedralıdır. Orta əsrlərdə "Müqəddəs Məryəm kilsəsi" adlanırdı. 936–1531-ci illəri arasında bu kafedralda 30 alman kralının və 12 kraliçanın tacqoyma mərasimi keçirilib.

Tarixi Böyük Karl 976-cı ildə Palatin kapellasının tikintisini başlatmışdır. Tikinti layihəsinin müəliffili Metsli Odo olmuşdur. Tamamlanma tarixi dəqiq bilinməsə də, 798-ci ilə aid bir məktubda tamamlanmağa yaxın olduğu qeyd edilmişdir. 1355-ci ildə struktura qotik xor zalı əlavə edilmişdir. 1881-ci ildə kafedralda təmir-bərpa işləri aparılmışdır.

Struktur Kafedralın mərkəzi oktaqon formasında tikilmişdir. Tikilinin vestverki isə Karolinq üslubundadır. 1355–1414-cü illərdə Oktaqonun şərqində qotik xor tikilmişdir. Qotik xor 25 metr uzunluğunda, 13 metr enində və 32 metr hündürlüyündədir. Kafedralın struktruna Müqəddəs Matvey kapellası və Macarıstan kapellası kimi yan kapellalar daxildir.

Qalereya

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Kafedral musiqisi

Kateqoriya:936-cı ildə yarananlar Kateqoriya:Almaniya kafedralları Kateqoriya:X əsr memarlığı Kateqoriya:Bakirə Məryəmə ithaf edilmiş kafedrallar Kateqoriya:Almaniyanın memarlıq abidələri Kateqoriya:Günbəzli kilsə binaları Kateqoriya:Almaniyadakı ümumdünya irsi Kateqoriya:Karolinqlər sülaləsinin dəfn yerləri Kateqoriya:Aaxen Kateqoriya:Bizans kilsələri Kateqoriya:Qotik kilsələr Kateqoriya:Tacqoyma kilsələri Kateqoriya:VIII əsr memarlığı Kateqoriya:X əsrdə tamamlanmış tikililər