Tuncəl Tayanç Kurtiz (1 fevral 1936, Kocaeli, Türkiyə – 27 sentyabr 2013, İstanbul, Türkiyə) — Türk kino və teatr aktyoru, rejissor, prodüser və ssenarist.

Həyatı Tuncəl Kurtiz türk kino və teatr oyunçusu, rejissor, prodüser, ssenaristdir. Atası Selanik doğulan bir Türk bürokratı, anası Boşnakdır. Universitetdə qısa bir müddət hüquq fakültəsində, daha sonra isə filologiya, fəlsəfə, psixologiya və sənət tarixi hissələrində oxudu; ancaq heç birindən məzun olmadı. İlk dəfə 1959-cu ildə Dormen Teatrında aktyorluğa başlamış olan sənətçi, kino filmlərində rol aldı. Sürü filmiylə zirvəyə çıxan sənətçinin, təbiətlə iç içə yaşamağı sevdiyi ifadə edilər. 1981 Antaliya Qızıl Portağal Film Festivalında ən yaxşı ssenari mükafatını Nurəddin Sezər ilə birlikdə qələmə aldığı Gül Həsən filminin ssenarisiylə qazanmışdır. 2006-da Hacı, 2007-də Üsyankar adlı TV seriallarında oynadı. 2009-cu ilin başında viziona girən olan Payız Sancısı filmində Kamil Əfəndi xarakterini canlandırmışdır. Eyni il nəşrə başlayan Ezel adlı serialda Ramiz Karaeski obrazını canlandırmış və məşhurluğunu daha da artmışdır. 2010 yaz dövründə NTV yaşıl ekranlarında Balıkəsirin Ədrəmit ilçəsinə bağlı Gura diyarının Çənlibel kəndində yoldaşı və qayını ilə birlikdə işlətməkdə olduğu Zeytunbağı adlı buduq oteldə məşhur dostlarını qonaq edərək "Tuncəl Kurtiz və dostları" adlı bir proqram etmişdir. Eyni il BBC-in həyat (Life) sənədlisini səsləndirmişdir. Bir çox milli və beynəlxalq mükafatının yanında, 2011-ci ilin oktyabr ayında, 48-ci Qızıl Portağal Film Festivalında həyat boyu qürur mükafatı qazanmışdır. 27 sentyabr 2013-cü il də İstanbul Ətilərdəki evində infarkt nəticəsində 77 yaşında dünyasını dəyişdi. 29 sentyabr 2013-cü il də Balıkəsirin Ədrəmit ilçəsinə bağlı Çənlibel kəndində dəfn edilmişdir.

Uğurları Qızıl Portağal Mükafatları Ən Yaxşı Ssenari 1981 Gül Həsən Ən Yaxşı Köməkçi Kişi Oyunçu 1994 Bir Eşq Uğruna 2007 Həyatın Sahilində Yaşılcam Mükafatları Ən Yaxşı Köməkçi Kişi Oyunçu 2008 Həyatın Sahilində Berlin Film Festivalı Ən Yaxşı Kişi Oyunçu (Gümüş Ayı) 1986 Hiuch HaGdi

Həmçinin bax Türkiyə kinosu

İlk illəri Atası Vala bəy Salonikidə anadan olmuş türk bürokratı, anası bosniya əsilli müəllim Müfide Xanım olmuşdur.

O, 8 yaşında olan zaman ailəsi ilə birlikdə ABŞ'a köçdülər 5 ildən sonra isə ailəsiylə birlikdə öz ölkəsinə geri qayıtdılar Haydarpaşa Liseyindən məzun olur O, universitetdə qısa müddət hüquq fakütləsində, sonra ingilis filologiyası, fəlsəfə, psixologiya və incəsənət tarixi üzrə təhsil almışdır; lakin, o, bunların heçbirindən məzun olmadı O, 1954-cü ildə IETT -də işləmişdir. Sonraki zamanlarda İstanbul Universiteti tələbə birliyinin teatr qrupuna qoşulmuşdur.

İstinadlar

Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:Türkiyədə doğulanlar Kateqoriya:Türkiyə dramaturqları Kateqoriya:Türkiyə kinorejissorları Kateqoriya:Türkiyə kommunistləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə teatr aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları