Nəbi Ibrahim oğlu Yaqubov — Tanınmış Azərbaycan alimi, texnika elmləri doktoru, professor. Neft və Kimya İnstitutunun (indiki ADNSU) “Nəzəri mexanika” kafedrasının müdiri (1970-1990-cı illər); "Qazax Xeyriyyə Cəmiyyəti"nin yaradıcılarından biri (1991)

Həyatı Nəbi Yaqubov 1936-cı ildə Qazaxda, Qaymaqlı kəndində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-Riyaziyyat fakültəsinə qəbul olur. Məzun olduqdan sonra aspiranturaya daxil olur. Görkəmli Azərbaycan alimi Akademik Azan Mirzəcanzadənin rəhbərliyi altında əvvəlcə namizəzdlik, sonra isə doktorluq dissertasiyası müdafiə edir. Ömrünun sonuna qədər Neft və Kimya İnstitutunun (indiki ADNSU) “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsində çalışıb. Professor N.Yaqubov, tanınmış alim və pedaqoq olmaqla yanaşı, həm də Azərbaycan və Türk tarixinin, ədəbiyyatının mahir bilicisi idi.

1991-ci ildə "Qazax Xeyriyyə Cəmiyyəti"-nin yaradıcılarından biri olub.

İbrahim Nəbioğlunun atasıdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professorları