Mahir Tapdıq oğlu Abbaszadə () — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı (2015)Laçınlılar Mahir Abbaszadəni seçdilər və (2020); Azərbaycan iqtisadçısı, iqtisadi nəzəriyyə müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru.
Həyatı Mahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirmişdir.
1997-ci ildə Güzdək Tikinti Materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001–2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003–2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filialında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyir.
Ehtiyatda olan zabitidir.
Mahir Abbaszadə 15 noyabr 2018-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilib.
İngilis, rus, türk dillərini bilir.
Ailəsi Ailəlidir 3 övladı var.
Azərbaycan şairi Zahir Abbasın isə qardaşıdır.
Elmi fəaliyyəti Mahir Abbaszadə 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutuna dissertant qəbul edilib. 2010-cu ildə elmi şurada müdafiə edib. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.
1 elmi kitabın, 7 elmi məqalənin, 3 elmi tezisin müəllifidir.
Siyasi fəaliyyəti Mahir Abbaszadə Yeni Azərbaycan Partiyasının üzvüdür. 1 noyabr 2015-ci ildə 121 saylı Laçın seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmiş və millət vəkili seçilmişdir. 121 saylı Laçın seçki dairəsi – Abbaszadə Mahir Tapdıq oğlu
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:İqtisad üzrə fəlsəfə doktorları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri