Mir Babar Əli Ənis (1802–1874) — urdu şairi.

Həyatı Mir Babar Əli Ənis 1802-ci ildə Hindistanın Feyzabad şəhərində anadan olmuşdur. Ənis təxəllüsü ilə əsasən mərsiyələr yazmışdır. Mərsiyənin o dönəmdə geniş yayılmasının əsas səbəbi Aud nəvvablarının şiə olmaları idi. Məlum olduğu kimi, mərsiyə ölən adam, xüsusilə də Kərbəla şəhidləri üçün söylənən şeir növüdür. Ənis və Dəbir dönəmində isə bu cür savaş mənzərələri, təbiət mənzərələri, romantik və axlaqi mövzular və bənzəri o qədər çox mövzu əmələ gəlmişdir ki, mərsiyə urdu şeirində ayrı bir növ kimi formalaşmışdır.

Mir Babar Əli Ənis 1874-cü ildə vəfat etmişdir.

Xarici keçidlər Maqbara of Mir Anis The first ever website with the name of the legendary poet by Abu Talib Rizvi of India (A research on Mir Anis and His masterpiece)

Kateqoriya:Urdu şairlər Kateqoriya:Hindistan şairləri Kateqoriya:XIX əsr şairləri