Rondel () — XIV əsr fransız lirik poeziyasında yaranan, sonradan ingilis və rumın ədəbiyyatında da istifadə edilən şeir növü.

Rondel rondo mətn-musiqi formasının bir növü olub 3 bənddə birləşdirilmiş 13 və ya 14 sətirdən ibarət şeirdir. İki dörd sətirlik bəndi müşayiət edən bir beşlik (13 sətir) və ya altılıq (14 sətir) bənddən ibarətdir.

Birinci bəndin ilk iki sətri nəqəratdir və ikinci və üçüncü bəndlərin son iki sətrində təkrarlanır. Bəzən üçüncü bəndin sonuncu sətrində birinci bəndin yalnız birinci sətri təkrarlanır.

Məsələn, A və B nəqəratdir və bu halda rondelin qafiyələnmə sxemi belədir: ABba abAB abbaA(B)

İstinadlar

Xarici keçidlər Rondel of Merciless Beauty — Cefri Çoserə aid rondel

Kateqoriya:Şeir formaları