() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Tüklü mamont Pliosen dövründə Mammuthus subplanifrons ilə başlayan mamont növləri sıralamasının axırıncı nümayəndələrindən biridir. M. primigenius Şərqi Asiyada 200 min il bundan əvvəl çöl mamontundan (M. trogontherii) törəyib. Onun yaxın qohumu Asiya filidir.Nəsili kəsilmiş heyvan növüdür

Bu canlının görünüşü və davranışı kəşf edilmiş skelet, dişlər, mədə hissələri, peyin və ibtidai icma quruluşuna aid mağara rəsmlərindəki həyat təsvirləri ilə bərabər Sibir və Alyaskadakı donmuş cəmdəklərin kəşfinə görə də ibtidai icma quruluşunda yaşamış heyvanlar arasında ən yaxşı öyrənilmişidir. Avropalılar XVII əsrdə mamont haqqında öyrənməzdən əvvəl Asiyada mamont qalıqları tanınırdı. Bu qalıqların mənbəyi müzakirə mövzusu olub və əsasən əfsanəvi məxluqun qalıqları olaraq izah edilib. Mamont 1796-cı ildə Corc Kuvier tərəfindən filin nəsli kəsilmiş növü hesab edilib.

Tüklü mamont təqribi olaraq müasir Afrika filləri ilə eyni ölçüdədir. Erkəklər 2.7–3.4 m çiyin hündürlüyünə çatır və çəkiləri 6 tona qədərdir. Dişi nümayəndələr hündürlükdə 2.6–2.9 m arasındadır və çəkisi 4 tona qədərdir. Yeni doğulan fil balası təxminən 90 kq ağırlığındadır. Mamont axırıncı buz dövründə soyuq mühitə yaxşı alışıb. O, uzun qoruyucu tüklərin xarici örtüyü və qısa astarla birlikdə xəzlə örtülmüşdür. Xəzin rəngi qaradan ağa qədər dəyişir. Qulaqlar və quyruq donvurmanı və istilik itkisini azaltmaq üçün kiçikdir. Növün nümayəndəsinin həyatı boyu altı dəfə dəyişdiyi dörd azı dişi və uzun əyri fil dişləri var. Onun davranışı müasir fillərlə oxşardır və o, fil dişlərini və xortumunu obyektləri hərəkət etdirmək, döyüşmək və qida axtarmaq üçün istifadə. Tüklü mamontun qidası ot və cilkimilərdir. Bəzi nümayəndələri altmış yaşa qədər çatır. Yaşayış yeri Avrasiyanın şimalı və Şimali Amerika içindən uzanan mamont çölləridir.

Tüklü mamont onların sümüklərini və dişlərini incəsənət, alətlər və yaşayış məskəni düzəltmək üçün istifadə edən ilk insanlarla və mamontlar kimi qida üçün ovlanan canlılarla eyni dövrdə yaşayıb.Donald K. Grayson, David J. Meltzer. 2002. Clovis Hunting and Large Mammal Extinction: A Critical Review of the Evidence. Journal of World Prehistory. December 2002, Volume 16, Issue 4, pp 313–359. O, əsas yayılma sahəsindən 10 min il bundan əvvəl Plestosen dövründə qeyb olub. Bunun səbəbi ya iqlim dəyişikliyi və bunun nəticəsi olan yaşayış yerinin azalması, ya insanlar tərəfindən ovlanması, ya da hər iki prosesin kombinasiyasıdır. Növün təcrid olunmuş hissəsi 6400 il əvvələ qədər Müqəddəs Paul adasında (Alyaskada) və 4000 il bundan əvvələ qədər Vreynql adasında (Şərqi Sibirdə) yaşayıb. Tüklü mamontun nəslinin kəsilməsindən sonra da insanlar onun mamont dişini xammal kimi istifadə etməyə davam ediblər. Təklif edilib ki, klonlaşdırmanın vasitəsilə bu canlılar yenidən yaradıla bilər, ancaq bu metod qalıq genetik materialın xarab olmuş vəziyyətinə görə hələlik mümkünsüzdür.

Taksonomiyası thumb|250px|Yukon çayında İnuit oymaları ilə mamont dişi, XIX əsr Müxtəlif nəsli kəsilmiş fillərin qalıqları əsrlərcə avropalılara məlum idi, ancaq Bibliyaya əsaslanaraq onlar bunu behemotlar və mifologiyadakı nəhənglər kimi əfsanəvi məxluqların qalıqları hesab edilirdilər. Həmçinin hesab edilirdi ki, onlar Hannibal və ya Pirrin müharibə filləri kimi Roma Respublikasının dövründə Avropaya gətirilən müasir fillərin və ya şimalı tərk edən heyvanların qalıqları idi. İlk tüklü mamont qalıqları 1728-ci ildə Hans Slon tərəfindən araşdırıldı və bu Sibirdən olan qalıntı halında dişlər və mamont dişləri idi. Slon qalıntıların fillərə aid olduğunu ilk başa düşən şəxsdir.Sloane, H. (1727–1728). "An Account of Elephants Teeth and Bones Found under Ground". Philosophical Transactions 35 (399–406): 457–471. Slon Arktikada fillərin mövcudluğu baradə başqa Bibliyaya əsaslanan izahı istifadə etdi. O, iddia etdi ki, onlar Böyük Tufan zamanı basdırılıblar və Sibir də şiddətli iqlim dəyişikliyindən əvvəl Tropik idi.Sloane, H. (1727–1728). "Of Fossile Teeth and Bones of Elephants. Part the Second". Philosophical Transactions 35 (399–406): 497–514. Başqaları tufanın filləri Tropikdən Arktikaya gətirdiyini müdafiə edərək Slonun çıxardığı nəticəni başqa cür şərh etdilər. Slonun hesabatı səyahətçilərin təsvirlərinə və Sibir və Britaniyada yığılmış dağınıq sümüklərə əsaslanırdı. O, qalıqların fillərə aid olub-olmadığını müzakirə etdi, ancaq heç bir nəticə çıxartmadı.

1738-ci ildə Yohan Filip Breyn mamont qazıntılarının filin bir növünü təmsil etdiyini iddia etdi. O, tropikal heyvanın niyə Sibir kimi soyuq bir yerdə tapıldığını izah edə bilmədi və təklif etdi ki, onlar bura Böyük Tufan zamanı gətiriliblər.Breyne, J. P.; s., T.; Wolochowicz, M. (1737). "A Letter from John Phil. Breyne, M. D. F. R. S. To Sir Hans Sloane, Bart. Pres. R. S. With Observations, and a Description of Some Mammoth's Bones Dug up in Siberia, Proving Them to Have Belonged to Elephants". Philosophical Transactions of the Royal Society of London 40 (445–451): 124. 1796-cı ildə fransız anatomist Corcs Kuvier tüklü mamont qalıqlarını Arktikaya gətirilmiş müasir fillər kimi yox, tamamilə yeni növ kimi müəyyən edən şəxs oldu. O, iddia etdi ki, bu növün nəsli kəsilib və uzun müddət mövcud olmayıb. Onun vaxtında bu anlayış geniş şəkildə qəbul edilmirdi.

Etimologiya thumb|250px|upright|Kuvierin 1796-cı il tüklü mamontun və Hindistan filinin çənə sümüklərinin müqayisəsi. Kuvierin müəyyənləşdirməsindən sonra Yohan Fridrix Blomenbak tüklü mamontu Asiya fili ilə eyni cinsdə yerləşdirərək 1799-cu ildə ona elmi adını — Elephas primigenius adını verdi Bu ad "birinci doğulan fil" demək idi. Henri Feyefild Ozborn Blomenbakın vaxtında holotip adı istifadə edilmədiyindən onun kolleksiyasından azı dişini lektotip nümunə kimi seçdi. 1828-ci ildə Caşuha Bruks bu növü yeni cins təyin edəcək qədər uzaq hesab etdi və onu Mammuthus primigenius olaraq yenidən sinifləndirdi. Mamont sözünün qaynağını hardan və necə aldığı açıq deyil. Oksford İngilis Lüğətinə görə bu qədim Voqul sözü mēmoŋt — 'yer-buynuz' sözündən gəlir. Bu Bibliya sözü behemotun ərəb dilindəki versiyası mehemotun bir versiyası ola bilər. Başqa mümkün qaynaq eston dilidir. Eston dilində 'maa' yer, 'mutt' köstəbək deməkdir. Söz birinci dəfə XVII əsrin əvvəllərində Sibirdə tapılmış maimanto dişləri nəzərdə tutularaq Avropada istifadə edilmişdir.Lister, 2007. p. 49 Paleontologiya ilə maraqlanan Tomas Cefferson mamont sözünün qədim dövrdə yaşamış fili təsvir edən isimdən təəccüblü dərəcədə böyük bir şeyi təsvir edən sifətə çevirilməsində qismən məsuldur. Sözün ilk dəfə sifət kimi istifadə ediməsi 1802-ci ildə Tomas Ceffersona verilən dairəvi pendirlə əlaqədardır.Simpson, J. (2009). "Word Stories: Mammoth ." Oxford English Dictionary Online, Oxford University Press. Accessed 5 June 2009.

Təkamül Fillərin daxil olduğu klad olan xortumlular Tetis dənizi ətrafında təxminən 55 milyon il əvvəl mövcud olmuşdular. Xortumluların ən yaxın bilinən qohumları damanlar və sirenlərdir. Fillər fəsiləsi Afrikada 6 milyon il əvvəl mövcud idilər və bu fəsiləyə müasir fillər və mamontlar daxil idi. İndi nəsli kəsilmiş olan kladlar arasında ancaq mastodon mamontların uzaq qohumu və mamontlar təkamül etməzdən 25 milyon il əvvəl ayrılmış müstəqil Mammutidae fəsiləsinin bir hissəsi idi.Lister, 2007. pp. 18–21 Aşağıdakı kladoqram dilaltı sümüyünün xarakteristikalarına əsaslanaraq mamont cinsinin başqa xortumlular arasında yerləşdirilməsini göstərir.Shoshani, J.; Tassy, P. (2005). "Advances in proboscidean taxonomy & classification, anatomy & physiology, and ecology & behavior". Quaternary International. 126–128: 5.

thumb|250px|Tüklü mamont (solda) və Amerikan mastodonu (sağda) arasında müqayisə. 2005-ci ildə tədqiqatçılar tüklü mamontun mitoxondrial gen kodunu topladılar. Bu onlara mamontlar və Asiya fili (Elephas maximus) arasındakı yaxın təkamül əlaqəsini izləməyə imkan verdi.Gross, L. (2006). Afrika fili () 6 milyon il əvvəl — şimpanze ilə insan arasındakı ayrılma ilə oxşar bir vaxtda bu kladdan çıxmışdı. Neandertal gen proyektinin çapından əvvəl bir çox araşdırmaçılar mamonta aid olma ehtimalı olan nəsli kəsilmiş növlərin ilk dəfə tamamilə ardıcıl şəklə salınmış nüvə gen kodlarını gözləyirdilər.Krause, J.; Dear, P. H.; Pollack, J. L.; Slatkin, M.; Spriggs, H.; Barnes, I.; Lister, A. M.; Ebersberger, I.; Pääbo, S.; Hofreiter, M. (2005). "Multiplex amplification of the mammoth mitochondrial genome and the evolution of Elephantidae". Nature 439 (7077): 724–727. 2010-cu il tədqiqatı bu əlaqəni təsdiqlədi və təklif etdi ki, Afrika fili 6.6–8.8 milyon il əvvəl erkən ümumi əcdaddan ayrılmışkən mamont və Asiya filinin soyları 5.8–7.8 milyon il əvvəl ayrılıb.Rohland, N.; Reich, D.; Mallick, S.; Meyer, M.; Green, R. E.; Georgiadis, N. J.; Roca, A. L.; Hofreiter, M. (2010). Penny, David, ed. . PLoS Biology 8 (12): e1000564. 2008-ci ildə tüklü mamontun xromosom DNT-sinin planı hazırlandı. Analiz göstərdi ki, tüklü mamont və Afrika fili 98,55% (99.40%-ə qədər) oxşardır.Will findings recreate the woolly mammoth? , Pittsburgh Post-Gazette, 20 November 2008 Komanda donmuş torpaqdan çıxarılmış 20 min yaşı olan mamontun və 60 min il əvvəl ölmüş mamontun saç köklərindən DNT-i alaraq tüklü mamontun nüvə gen kodu ardıcıllığının planını hazırladı. 2012-ci ildə 43 min il yaşı olan tüklü mamontdan yığılmış zülallar ilk dəfə dəqiqliklə müəyyən edildi.Cappellini, E.; Jensen, L. J.; Szklarczyk, D.; Ginolhac, A. L.; Da Fonseca, R. A. R.; Stafford, T. W.; Holen, S. R.; Collins, M. J.; Orlando, L.; Willerslev, E.; Gilbert, M. T. P.; Olsen, J. V. (2012). "Proteomic analysis of a Pleistocene mammoth femur reveals more than one hundred ancient bone proteins". Journal of Proteome Research 11 (2): 917–926. thumb|250px|left|M. jeffersonii, Kolumbiya mamontu və tüklü mamont arasındakı mələz. Mamontun növlərinin qalıqları müxtəlif yerlərdən bilindiyindən morfoloji tədqiqlər vasitəsilə növün təkamül tarixini yenidən tərtib etmək mümkündür. Mamont növləri dişlərindəki mina qatlarının sayı ilə müəyyən edilir. Primitiv növlərin az miqdarda mina qatı var və yeni növlər təkamül etdikcə və əvvəlkiləri əvəz etdikcə say tədricən artır. Diş tacları uzanır və kəllələr uyğunluğu qorumaq üçün daha uzun olur. Eyni vaxtda kəllələr çəkini minimal tutmaq üçün qabaqdan arxaya daha kiçik olur.Lister, A. M.; Sher, A. V.; Van Essen, H.; Wei, G. (2005). "The pattern and process of mammoth evolution in Eurasia". Quaternary International. 126–128: 49. Mamontlar aşındırıcı qida maddələrindən istifadə etdikcə bu adaptasiyalar tələb olunur. thumb|250px|M. trogontherii və M. primigenius növlərinin aralıq nümayəndəsi, M. p. fraasi