Babayeva Ələviyyə Hənifə qızı () — nasir, tərcüməçi, ssenari müəllifi; 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Prezident təqaüdçüsü.

Həyatı Ələviyyə Babayeva 1921-ci il 12 avqustda Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlamışdır. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr etmişdir. A. Qaydarın "Uzaq ölkələr" (1950), V. Biankinin "İz ilə" (1947), "Ayı balası" (1959), "Qırmızı təpə" (1963), K. Paustovskinin "Oğru pişik" (1951), V. Q. Korolenkonun "Satın alnmış uşaqlar" (1962), Y. Sotnikin "Əcaib quş" (1964), V. Astafyevin "Ulduz xəzanı" (1970), Y. Çaruşinin "Nikitanın oyuncaqları" (1984) və b. onun tərcüməsində kütləvi tirajla çap olunmuşdur. "Azərbaycan qadını" jurnalında məsul katib (1951–1973), "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973–1976), sonra baş redaktor (1976–1985) olmuşdur. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerlərində ədəbi tədbirlərdə iştirak etmişdir. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olmuşdur.

23 sentyabr 2014-cü ildə vəfat etmişdir.

Mükafatları Azərbaycan SSR əməkdar mədəniyyət işçisi— 30.07.1979Respublikanın ədəbiyyat xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli Fərmanı — anl.az saytı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

Əsərləri Mənim müəlliməm. Bakı: Uşaqgəncnəşr, 1950, 28 səh. Hekayələr. Bakı: Uşaqgəncnəşr, 1951, 16 səh.http://web2.anl.az:81/read/page.php?bibid=249039&pno=1 Tək ağac. Bakı: Uşaqgəncnəşr, 1957, 44 səh. Kənd yolları. Bakı: Uşaqgəncnəşr, 1958, 63 səh. Payızda. Bakı: Uşaqgəncnəşr, 1960, 68 səh. Mən tək deyiləm. Bakı: Uşaqgəncnəşr, 1961, 96 səh.http://web2.anl.az:81/read/page.php?bibid=240809&pno=1 Mən tək deyiləm. Bakı: Uşaqgəncnəşr, 1962, 191 səh. Kənd yollarında səyahət. Bakı: Uşaqgəncnəşr, 1962, 76 səh. Yenə bahardı. Bakı: Uşaqgəncnəşr, 1963, 79 səh. Kölgə. Bakı: Azərnəşr, 1964, 104 səh. Tut ağacı. Bakı: Gənclik, 1967, 95 səh. Süsənsünbül. Bakı: Gənclik, 1968, 98 səh. Hörüklər. Bakı: Gənclik, 1968, 126 səh. Povestlər. Bakı: Gənclik, 1969, 260 səh. Adamlar və talelər. I cild. Bakı: Gənclik, 1973, 273 səh. Adamlar və talelər. Bakı: Gənclik, 1970, 432 səh. Adamlar və talelər. Bakı: Gənclik, 1971, 400 səh. Böyürtkən mürəbbəsi. Bakı: Gənclik, 1971, 270 səh. Sehrli pillələr. Bakı: Gənclik, 1974, 166 səh.http://web2.anl.az:81/read/page.php?bibid=220353&pno=1 Hardasan dost, harda. Bakı: Gənclik, 1977, 408 səh.http://web2.anl.az:81/read/page.php?bibid=vtls000170370 Səni axtarıram. Bakı: 1985, 368 səh. Küləyin tərkində. Bakı: 1983, 355 səh. Yanar su. Bakı: Gənclik, 1986, 351 səh.http://web2.anl.az:81/read/page.php?bibid=4026&pno=1 Anadil ağlayırdı. Bakı: Gənclik, 1987, 357 səh. Açar. Bakı: Yazıçı, 1991, 401 səh. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Yazıçı, 384 səh. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Yazıçı, 335 səh. Darıxıram, a dağlar (povestlər). Bakı: Gənclik, 287 səh. Əlvida (roman). Bakı: Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, 1994, 341 səh. Bəlkə sabah olmadı (roman). Bakı: Şur, 1996, 245 səh. Rəngbərəng yuxular (publisist povest). Bakı: 2000, 231 səh. Son döngə (roman). Bakı: Azərnəşr, 2000, 430 səh. Dəli Sona (roman). Bakı: Şirvan, 1998, 419 səh. Cırtdan şəhərdən qaçıb (povest və hekayələr). Bakı: Turan, 2001, 110 səh.

Filmoqrafiya Dınqıl, sazım, dınqıl (film, 1976) Sehrlənmiş küpə (film, 1979)

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53. XX əsr Azərbaycan yazıçıları, Ensiklopedik məlumat kitabı. Bakı,2011

İstinadlar

Kateqoriya:Bakı yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan romançıları Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan feministləri Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycanlı uzunömürlülər Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:XXI əsr Azərbaycanın qadın yazıçıları Kateqoriya:XX əsr Azərbaycanın qadın yazıçıları